Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:11

Ahmadinejadın tərəfdarı seçkidən kənarlaşdırılıb


 Esfandiar Rahim Mashaie və Mahmud Ahmadinejad
Esfandiar Rahim Mashaie və Mahmud Ahmadinejad
İran prezidenti Mahmud Ahmadinejad baş kəməkçisiİsfəndiyar Rəhim Maşainin ( Esfandiar Rahim Mashaie) qarşıdan gələn prezident seçkisindən gənarlaşdırılması ilə bağlı qərarın ləğv olunacağını vəd edib.
İran İnqilab Şurası dünən belə bir qərar qəbul edib.

İndiyədək şura təxminən 700 iddiaçıdan cəmi 8-nin namizədliyini təsdiqləyib.
Onların hamısı demək olar ki, ali dini lider Khameneinin yaxın tərəfdarlarıdılar.

Maşai isə Mahmud Ahmadinejadın ən yaxın tərəfdarlarından biri hesab olunur.
Son vaxtlar Kamenei ilə Ahmadinejad arasında münasibətlərin soyuqlaşdığı müşahidə olunur.
Ehtimallara görə, 3-cü müddət uğrunda mübarizə apara bilməyən Ahmadinejad Maşainin vasitəsi ilə hakimiyyətini qorumağa çalışır.

Həmçinin əsas namizəd hesab olunan keçmiş prezident Akbar Hashemi Rafsanjaninin namizədliyi rədd edilib.

İranda növbəti prezident seçkisi iyunun 14-də keçiriləcək.
XS
SM
MD
LG