Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:11

Prokuror AXCP üzvünə 3 il iş istəyib


Daşqın Məlikov
Daşqın Məlikov
-
İyunun 27-də Sumqayıt məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə məhkəmə araşdırmasının başa çatdığı bildirilib və dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədən 3 il azadlıqdan məhrumetmə cəzası istəyib. Daşqın Məlikov özü də məhkəmədə çıxış edib və ona qarşı ittihamın uydurma olduğunu, narkotiklə hər hansı əlaqəsinin olmadığını deyib.

Daşqın Məlikovun vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, prokurorun sanksiya üzrə maksimum cəza istəməsi ayrı-seçkilikdir. Vəkilin dediyinə görə, məhkəmə təcrübəsində eyni ittiham üzrə bir il, ilyarım cəza istənilir:

«Üstəlik Daşqın Məlikovun təqsiri sübuta yetirilməyib. Əməliyyatçılar Daşqın Məlikovu saxlayıb, üzərindən guya narkotik götürüb. Amma Daşqın Məlikova qarşı ittiham elə bu əməliyyatçıların ifadəsi əsasında sürülüb. Cinayət Prosessual Məcəllədə birbaşa göstərilir ki, cinayət işi başlamadan heç bir istintaq hərəkəti aparıla bilməz. Səlahiyyət həddini aşmaqla aparılan hər bir istintaq hərəkəti etibarsız elan olunmalıdır».

Əshabəli Mustafayev D.Məlikova qarşı sürülən ittihamın sübuta yetirilmədiyini bildirərək, məhkəmədən ona bəraət istəyib.

Məhkəmənin Daşqın Məlikova hökmü iyulun 3-ü elan olunacaq.
XS
SM
MD
LG