Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:17

ATƏT sədri Yerevanda Qarabağ münaqişəsini müzakirə edib


, Leonid Kojara
, Leonid Kojara
Ermənistanın xarici işlər naziri Edvard Nalbandian bu gün Yerevanda ATƏT-in hazırkı sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, habelə Ukraynanın təşkilata sərdliyi dövründə prioritet məsələlər müzakirə olunub.Bu barədə Nalbandian görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında məlumat verib.O görüşdə Dağlıq Qarabağ probleminə də toxunulduğunu bildirib.

Kojora isə deyib ki, Minsk qrupu daha aktiv işləməli və hansısa konkret nəticələr olmalıdır.Çünki heç bir beynəlxalq münaqişə hələlik müxtəlif konfranslar və iclaslar yolu ilə həll olunmayıb. Burda səmərəli və praktik iş gərəkdir”- deyə o vurğulayıb.
XS
SM
MD
LG