Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:48

ABŞ Dövlət Departamenti Ramiz Mehdiyevə cavab verir


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti
-
Oktyabrın 15-də ABŞ Dövlət Departamentində keçirilən brifinqdə departamentin sözçüsü Jen Psaki Azərbaycanla bağlı sualı cavablandırıb.
SUAL: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyir ki, ABŞ hökumət rəsmiləri onun hökumətinə deyib və ya təklif edib ki, müxalifətin seçkidə səslərin 25 faizini qazanmasına icazə versin ki, səsvermə ədalətli görünsün. Doğrudanmı belə olub?
Ms. Psaki: Qətiyyən yox. Səfirliyimiz də açıqlama verib, maraqlanırsınızsa, onu paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyası rəhbərinin dedikləri tamamilə saxtadır.

Prezident seçkilərindən sonra Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə müsahibəsində demişdi ki, «ABŞ rəsmiləri onlara prezident seçkilərində Milli Şuranın namizədinə 25, YAP namizədinə isə 74-75 faiz səs verməyi tövsiyə ediblər».
Bundan sonra ABŞ səfirliyi AzadlıqRadiosuna Mehdiyevin dediklərini “yalan” adlandırıb.
XS
SM
MD
LG