Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:35

Ukraynada etirazlar davam edir


Ukraynada etiraz aksiyası
Ukraynada etiraz aksiyası
Ukraynada yüzlərlə tələbə Avropa Birliyinə inteqrasiya tələbilə küçələrə çıxıb.

Müxalifətdə olan “Batkivşina” partiyasının lideri Arseniy Yatsenyuk və “Zərbə” partiyasının lideri Vitaly Klitschkonun yaydıqları birgə bəyanatda çərşənbə axşamı ölkənin onlarla şəhərində keçirilən nümayişlərdə 100 minlərlə adam iştirak etdiyi bildirilir.

Ukrayna hökumətinin Avropa Birliyi ilə asosasiv saziş və azad ticarət razılaşması imzalamasını dayandırması ölkədə etirazlara səbəb olub.Müxalifət hakimiyyəti Avropa Birliyi ilə inteqrasiyaya çağırır.

Noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Şərq tərəfdaşlığı sammitində Ukrayna ilə Avropa Birliyi arasında belə bir saziş imzalanacağı gözlənilirdi. Amma hökumət son anda prosesi dayandırdı.
XS
SM
MD
LG