Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

İsmayıllıda taksi sürücülərinin hökumətə ünvanlanan sualları...


İsmayıllı bazarının qarşısı
İsmayıllı bazarının qarşısı
-
Yanacağın qiymətinin artması İsmayıllıda da taksi sürücülərinin dolanışığını çətinləşdirib.

Taksi sürücülərindən Ramil Nəcəfov deyir ki, hər şey benzinlə bağlıdır. Qiymət qalxan kimi ərzaq və digər məhsulların qiyməti də qalxır:

«Bazara girmək mümkün deyil. Başa düşə bilmirəm, kimlərdir xalqın əleyhinə bu çirkin siyasəti aparanlar? Sonra deyirlər ki, Azərbaycan xalqı yağ-bal içində yaşayır. Xeyr, yaşamır, xalq sürünür, bir fikir verin ölkədə yaşamaq uğrunda mübarizə gedir».

«AVROPA İLƏ BELƏ AYAQLAŞIRIQ?»

Onlardan Çingiz Məhərrəmov da sual edir:

«Nədir, dövlətimizin pulu yoxdur? Yoxsa məmurlarımızın pulu tükənib? Avropa ilə ayaqlaşırıqsa, lap yaxşı, mən də razı, ayaqlaşaq. Ancaq qoy hökumət həqiqi iş yerləri açsın. Yaxşı pul, əməkhaqqı versin, sonra qiymətləri qaldırsın. Yoxsa bu, biabırçılıqdır, gülüncdür, bunun axırı yaxşı olmayacaq».

«BENZİNİ AMERİKADAN ALIRIQ?»

Başqa bir İsmayıllı sakini Vüqar Süleymanov da sualına cavab verilməsini istəyir:

««Cip» sürənlər üçün 20 qəpik bahasına benzin alıb maşın sürmək elə bir problem deyil. Bəs «VAZ-011» sürən bədbəxtlər necə etsinlər, necə dolansınlar? Burada olanların hamısının bir çətən külfəti var, bəyəm hökumətimiz benzini Amerikadan alır? Bu hökumət açıqca deyir ki, ey xalq, yıxılın ölün, qırılın. Bəsdir də, əl çəkin bu millətin xirtdəyindən. Doymadınızmı millətin qanını sormaqdan?».
XS
SM
MD
LG