Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Dilinlə dilləşərsə şərablı dilim...


Elşən Böyükvənd
Elşən Böyükvənd
-

Elşən Böyükvənd


Dilləşmək 1

Dilinlə dilləşərsə şərablı dilim
Ürəyim baramasından uçuşar dodağın
Açılarsa hörülmüş saçın
Diksinər otağın havası
Və alovlanar ehtiras lampası
Bütün mahnıları unutmaq
Və minlərcə ürpəşmiş tükün
Öpüş simfoniyası yatağında uzanmaq
Hüceyrələrimizin Mövlana sayaq
Vəcdə gəlməsini düşün
Duy
Dodağımızda qığılcım çiçəyinin cücərməsini
Göyərçinlərin sənin döşlərin arasında
Yuva qurmaq istəyi
Və otaq ürəyinin döyünməsi
Sovrulmayacaq yaddaşından
Pəncərə gözündən tozu silər günəş
Və serçələrin öpüşməsi yansıyar
Otağımızın divarına
Dilinlə dilləşərsə şərablı dilim
Ürəyin baramasından
Uçuşar dodağın.


Dilləşmək 2

Didərginlik gözüm göbəyini Zamzam dodağında zümzümə edəndə
Tozcuqlar öpüşündən boylanar hava
Və bayquş kimi qonar
Kağız budaqlarına sözcüklər
Sən
Su çilərcə ruhum qırına
Boy atar düşlərim
Dilimdə dilləşər

Yelbiz səsinin
Torunda çırpınarkən kəpənək barmaqlarımın daraqlı dişləri
Gövdəm odununa od qığılcımları qonar
Və ətimlə dilləşər

Sən
Ovsun ovunun
Naxışlı boyaları ila
Gözüm ayaqlarını xıncaxınc edir
Baxışımla dilləşirsən

Cücərirəm öpüldüyüm hər yerimdən
Və ilmələnirəm səsin tellərinə.
XS
SM
MD
LG