Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:33

Erdogan sonda hədəfin özü olduğunu deyir


Tayyip Erdogan
Tayyip Erdogan
Türkiyənin baş naziri Recep Tayyip Erdogan bəyan edib ki, ölkədə qaldırılan korrupsiya və rüşvət qalmaqalında hədəf onun özüdür.O jurnalistlər qarşısında çıxış edərkən qeyd edib ki, bü cür cəhdlər heç bir nəticə verməyəcək.Bu barədə “Hürriyət” və “ Yeni Şəfəq” qəzetləri yazır.

Baş prokuror Turan Colakkadi isə bu arada polisi prokurorluğun işina mane olmaqda günahlandırıb.O qeyd edib ki, kimliyindən aslı olmayaraq cinayəti olan hər kəs qanun qarşısında cavab verəcək.

Qeyd edək iki, son günlər Türkiyədə baş verən korrupsiya qalmaqalına görə, bir neçə nazir istefa verib və Erdogan bundan sonra yeni kabinet yaratmalı olub.Nazirlərdən biri həmçinin Erdoganı istefa verməyə çağırıb. Korrupsiya qalmaqalına görə xeyli adam həbs olunub.
XS
SM
MD
LG