Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:18

İsa Şahmarlının qəbrinin üstünə LGBT bayrağı sərdilər... [Video]


LGBT-çi gənc dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

LGBT-çi gənc dəfn edildi

-
Yanvarın 22-də intihar edən Azad LGBT təşkilatının rəhbəri İsa Şahmarlının Binə kəndindəki dəfninə qohumları medianı, onun dostlarına iştirak etməyə imkan vermirdilər. Olmaz, biz istəmirdik, deyirdilər. Çox danışandan sonra xeyli kənarlaşdırdıqları gəncləri göstərib dedilər ki, biz gedərik, onlar sonra gələr.

«OĞULLARINI QƏBUL ETMİRDİLƏR...»

İsa Şahmarlının 100-ə yaxın dostu, onu tanıyanlar isə kənarda dayanmışdılar. Onlardan biri Aysel Ümidova:

«İmkan vermədilər, istəmirlər biz iştirak edək. Oğullarını qəbul etmirdilər, onun ətrafını da qəbul etmirlər».

Dəfnə gələnlərdən Aysel Kərimova da deyir ki, yaxın dostunun intihar etməsini qəbul edə bilmir:

«Biz onun ölümünü qəbul etmirik. O intihar haqqında düşünmürdü. Nə qədər problemi, sıxıntısı olsa da həyat dolu biri idi. Ailəsinin onu qovmasını, qəbul etməməsini elə də qabartmırdı. Hər şeylə barışmışdı».

«ONU EVDƏN QOVMUŞ OLSAYDILAR...»

Ad-soyadını deməyən, İsanın dayısı olduğunu bildirən şəxs isə deyir ki, onun ailəsi ilə heç bir problemi yox idi:

«Niyə elə oldu, bilmirəm. Bəlkə işsizliyə görə, ya da indi cavan uşaqlar başlarını sevgiyə qatırlar. İki gün əvvəl görüşmüşdüm. Tamamilə sərbəst, sakit idi. Onun ailəsi ilə heç bir problemi olmayıb. Mən onun «facebook»da da, həyatda da sevdiyi qızı görmüşəm. Valideynlərinin onu qəbul etməməsi haqqında deyilənlər yalandır. Azad ailələri var. O sərbəstliyi seçmişdi, ailəsi də belə qəbul etmişdi. Onu evdən qovmuş olsaydılar, atası anası niyə arxasınca ağlayardı?».

İsa Şahmarlının Binə kəndindəki dəfni
İsa Şahmarlının Binə kəndindəki dəfni
«QIŞQIRIRDIM Kİ, İSA NƏ OLAR, AYIL»

İsa Şahmarlının intihar xəbərini ilk eşidənlərdən biri Lalə İsmayılova olub. Deyir ki, İsanın «facebook»da statusunu oxuyandan sonra ofisinə üz tutub:

«Maykla mən qaça-qaça ofisə gəldik. Otağa girdik. Telefona zənglər gəlirdi, netbukunda musiqi səslənirdi. Mahnının səsini kəsdim. Mayk o biri otağa girdi ki, özünü asıb. Dedi, bıçaq gətir, kəsək. Ayaqlarından tutmuşdum, qışqırırdım ki, İsa nə olar, ayıl. Ağzından su gəlirdi. Bayrağı kəsdik, təcili yardıma zəng etdik, bir saat sonra gəldilər, nəfəs verdilər, dedilər ki, keçinib. Sonra polislər gəldi...».

«22 YANVARIN LGBT GÜNÜ KİMİ QƏBUL OLUNMASINI İSTƏYİRİK»

Dəfndə 22 yanvarın LGBT Günü elan olunması ilə bağlı təklif də səsləndi:

«Petisiya yaradacağıq, imzatoplamaya başlayacağıq, bizim tələblərimiz qəbul olunana qədər pilləkənləri rəngli boyayacağıq, bunu müzakirə edək. Əvvəlcə imza toplayaq, həmin imzaları sivil qaydada Milli Məclisə təqdim edək ki, 22 yanvarın LGBT Günü kimi qəbul olunmasını istəyirik».

Dostlardan Vüqar Adıgözəlov dedi ki, İsanın yarımçıq işlərini davam etdirəcəklər:

«İsayla yeni bir layihə üzərində işləyirdik. Bütün Azərbaycan üzrə sorğu keçirmişdik. Amma yekunlaşdıra bilmədik. İlk iş olaraq bunu yekunlaşdırıb paylaşdıracağıq. LGBT-nin üzləşdiyi problemlərlə bağlı sosioloji sorğudur.
İsa Şahmarlının Binə kəndindəki dəfni
İsa Şahmarlının Binə kəndindəki dəfni
Onlarla suallar vardı. 100-dən çox adamı sorğu-sual etmişdi. İsanın arzusu vardı ki, LGBT insanları kiminsə ümidinə buraxılmasın, özləri pul qazana bilsinlər. İlk iş olaraq sırf LGBT insanları üçün peşə yönümlü, təhsillə bağlı layihələr hazırlayaq».

«İNDİ NİFRƏT CİNAYƏTLƏRİ ÇOXDUR»

«Nəfəs LGBT Azərbaycan» təşkilatının rəhbəri Atilla Cavid deyir ki, son vaxtlar onlara qarşı nifrət cinayətlərinin sayı artıb:

«İsanın intihar etməsi bizim hamımızı təəccübləndirdi. Çünki o qarşısına Azərbaycanda LGBT hüquqları ilə bağlı mübarizə aparmağı məqsəd qoymuşdu. İndi biz digər İsaları xilas etmək üçün bu hüquqlarla bağlı ölkədə daha çox iş görməliyik. İndi nifrət cinayətləri çoxdur. Çoxları fikirləşir ki, bu cür insanlar təhqir etməkdə, döyməkdə haqlıdırlar. Mediada işıqlandırılmasa da belə hallar çoxdur. Bakıda da, bölgələrdə də belə faktlar çoxdur. Hüquq-mühafizə orqanlarına da təbii ki, müraciət edə bilmirlər. Çünki orda da bu insanlara qeyri-ciddi yanaşırlar. Psixoloji stress, özünə qapanma, nəticəsi də intihar olur».

Sonda dostları LGBT bayrağını İsa Şahmarlının qəbrinin üstünə sərib dağılışdılar.
XS
SM
MD
LG