Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:48

Yanukovych baş nazir Azarovun istefasını qəbul edib


Viktor Yanukovych və Mykola Azarov
Viktor Yanukovych və Mykola Azarov
Ukrayna prezidenti Viktor Yanukovych baş nazir Mykola Azarov və kabinetin istefasını qəbul edib.

Azarov bildirib ki, o bu addımı münaqişənin dinc yolla həllinə imkan yaratmaq və ölkənin birliyinin qorunması naminə atıb.

Baş nazirin istefasını müxalifət tələb edirdi.

Ölkə parlamenti isə nümayişlərlə bağlı yanvarın 16-da qəbul edilmiş kəskin qanunların ləğvinə səs verib.Parlamentin iclasında 3 keçmiş prezident də iştirak edib.

Ötən ilin noyabrında Ulraynanın Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
XS
SM
MD
LG