Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:55

«Sovetski» sakini: «45 min manatla gedib harada ev alacağam?» [Video]


«Sovetski» sakinləri: Ya ev verin, ya pulu artırın
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
-
– Bura bizim şəxsi mülkümüzdür. Hər şeyi bizimlə razılaşdırmalıdırlar. Təklif olunan 1500 manata razı deyilik. Biz bu pula evimizdən çıxmayacağıq...

– Biz «Sovetski»dən çıxmayacağıq... Sökülən evlərimizin yerində çadır qurub yaşayacağıq...

– Mən şəhərin mərkəzindən hara gedəcəyəm? Mərkəzdə evimin sahəsi qədər ev versin, gedək...

«ANALOQU OLMAYAN ÖLKƏDƏ XALQI BU GÜNƏ QOYMAQ OLAR?»

İndi keçmiş «Sovetski» adlanan məhəllənin sakinlərindən kimi danışdırsan, evlərinin söküləcəyindən, onlara verilən kompensasiyanın azlığından gileylənəcək. Hamısı da təklif olunan qiymətə ev ala bilməyəcəyindən rahatsızdır, küçədə qalacaqlarını düşününcə çox üzülürlər:

«Gəlib evimizin siyahısını tutublar. Evimin içi 15, ümumi sahə 32 kvadratmetrdir. Əslində, həyətimlə bir yerdə 47.9 kvadratmetrdir. Həyətimi yazır, nə də divar diblərini – 80 sm-dir – onu hesablamır. Mən 15 kvadrata neyləyə bilərəm? Mənə bir otağın pulunu verir, 45 min manat pul eləyir. Mən o 45 min manatla gedib harada ev alacağam? Birotaqlı evlər mikrorayonda 65-70 min manatdır».

Qonşularını başına yığan Tahirə Rzayeva da elə qonşularının problemlərindən danışır:
«Analoqu olmayan ölkədə xalqı bu günə qoymaq olar?»
«Analoqu olmayan ölkədə xalqı bu günə qoymaq olar?»

«Ata-babalarımızdan bəri burda yaşayırıq. Heç özümü demirəm, qonşularımı deyim – bax, bu Gülbadam xanım hansı pulla gedib şəhərin mərkəzində bu şəraiti quracaq? Ya da bu Əliheydərin evidir, niyə həyətlərini ölçmürlər? Axı biz analoqu olmayan bir ölkədə yaşayırıq. Analoqu olmayan ölkədə xalqı bu günə qoymaq olar?».

«BU, MÜLKİYYƏT HÜQUQUNA MÜDAXİLƏDİR»

«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, Bakıda daha əvvəl evləri sökülənlər kimi bu məhəllənin sakinlərinin də mülkiyyət hüququ kobud şəkildə pozulur. Hüquqşünasın fikrincə, ya gərək sakinlərə həmin əraziyə uyğun qiymətlərə görə pul ödənsin, ya da sökülən evlərinin yerində tikilən binalarda ev verilsin:

«Oradakı sakinlər kommersiya şirkətləri, ya da dövlət tərəfindən razı salınandan sonra köçürülə bilər.
Müzəffər Baxışov
Müzəffər Baxışov
Onlarla müqavilə də bağlana bilər ki, sizin ərazilərdə çoxmərtəbəli evlər tikiləcək və orada sizə mülkiyyətinizdə olan mənzil normasına uyğun mənzil veriləcək. Köçürülmə dövründə də onların kirayədə yaşamaq haqqını həmin o köçürən təşkilat ödəməlidir. Konkret dövlət tərəfindən şərt qoyub 1500 manat vermək, camaatın evini uçurtmaq qanunsuz bir hərəkətdir və insanların mülkiyyət hüquqlarına müdaxilədir».

«CƏNAB PREZİDENT BİLDİRMİŞDİ Kİ...»

Nə Bakı şəhər, nə də Yasamal rayon icra hakimiyyətlərindən məsələyə aydınlıq gətirən tapıldı. Ərazinin də daxil olduğu Yasamal rayon icra hakimiyyətinin Köçürülmə Komissiyasından da dedilər ki, bu işlərlə məşğul olan şəxslər ərazilərdədir, ona görə heç kim məlumat verə bilməz.
Cahangir Qocayev
Cahangir Qocayev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, köçürülən ərazilərin yerində, əsasən, yaşıllıq salınması nəzərdə tutulur. Ancaq bu uzun proses olduğundan xeyli vaxt tələb edir:

«Əsasən, yaşayış üçün münasib olmayan ərazilərin abadlaşdırılması zamanı həyata keçirilən söküntüdən sonra ərazi yaşıllıq üçün istifadə olunacaq. Bunun da kökündə o dayanır ki, şəhərdə, bütövlükdə Abşeronda, o cümlədən şəhərin mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Yaşıllığın təxminən 3 dəfə artırılması nəzərdə tutulur. Cənab prezident Bakı şəhərində konfrans keçirəndə bildirmişdi ki, ictimai mərkəzlərin yaradılmalı, yaşıllıq çoxaldılmalı, avtodayanacaqlar üçün yeni yerlər tapılmalıdır.
Vüqar Bayramov
Vüqar Bayramov
Bütün bunlar müfəssəl planda nəzərdə tutulub».

«10 MİN AİLƏNİN KÖÇÜRÜLMƏSİ EVLƏRİN QİYMƏTİNİ ÇOX ARTIRACAQ»

Bir çox iqtisadçının fikrincə, keçmiş sovet məhəlləsindən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarında daha bir qiymət püskürtüsü doğuracaq.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, evlərin köçürülməsi fonunda yalnız nağd kompensasiyaların ödənilməsi «yeni evsizlərin» mənzil axtarmasına səbəb olacaq. Bu da 10 min alıcı deməkdir. Qısa zamanda əmlak bazarına minlərlə alıcının daxil olması birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımına gətirib çıxaracaq.
XS
SM
MD
LG