Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:40

SOCAR Gürcüstanda ən böyük vergiödəyicisidir


-
«Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda ən böyük investor və vergiödəyicisidir».

Bu barədə şirkətin internet səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, «SOCAR Georgia Petroleum» şirkəti 2013-cü ildə Gürcüstanın dövlət büdcəsinə 78 milyon dollardan çox vergi ödəyib.

2006-cı ildən indiyə qədər bu şirkətin Gürcüstanın dövlət büdcəsinə ödədiyi vergi 681 milyon dollardan artıq olub.

Gürcüstanda SOCAR brendi ilə 106 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
XS
SM
MD
LG