Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:19

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
21:01 21.2.2014
PARLAMENT TYMOSHENKO-NUN AZADLIĞA BURAXILMASINA SƏS VERDİ

Ukrayna parlamenti Yulia Tymoshenkonun həbsdən buraxılmasına səs verib.

Keçmiş baş nazir Timoshenko Rusiya ilə qaz sazişi bağlayarkən səlahiyyətlərini aşmaqda ittiham olunaraq həbs cəzası alıb.

Avropa Birliyi onu azad etməyə çağırsa da prezident Yanukovich bu çağırışları rədd edirdi.



Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko 2005-ci ilin Narıncı İnqilabından bəri bu ölkənin siyasətində ən fəal fiqurlardandır. Hökumətə rəhbərlik etdiyi illərdə Rusiya ilə bağlanmış qaz sazişlərində səlahiyyətlərini aşmaq ittihamı ilə 2011-ci ilin avqustunda həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ukrayna parlamenti bu gün - fevralın 21-də onun ittiham edildiyi maddənin cinayət sayılmaması barədə qərar çıxarıb. Yəni, artıq keçmiş Baş nazir cinayətkar sayıla və deməli həbsdə saxlana bilməz. konkret nə vaxt həbsxanadan buraxılacağı hələ aydın deyil. Yulia Tymoshenko-nun həyatının müxtəlif vaxtlarında çəkilmiş fotolarını təqdim edirik:
20:16 21.2.2014
-

MÜXALİFƏTİN TƏLƏBLƏRİNDƏN BİRİ İCRA EDİLDİ - UKRAYNA 2004-CÜ İLİN KONSTİTUSİYASINA DÖNDÜ

Ukrayna parlamenti 2004-cü ilin konstitusiyasına qayıtmağa səs verib. Bu konstitusiya prezidentin səlahiyyətlərini azaldır.

Prezident Yanukovichlə müxalifət liderləri arasındakı razılaşmanın bəndlərindən biri 2004-cü il konstitusiyasına qayıdış idi.
20:14 21.2.2014
-


KRIMDAN AYRILIQ XƏBƏRLƏRİ GƏLİR

Krım parlamemntinin fövqəladə iclasında Krımın Ukraynadan ayrılması məsələsinə baxıla bilər. Deputat Refat Chubarov deyib ki, iclasda Ukraynadakı böhran müzakirə olunacaq.

Hissləri qızışdıran həm də medianın verdiyi məlumatdır ki, Yanukoviçin Krımdan olan tərəfdarları Kiyevdən Krıma qayıdarkən naməlum adamlar onları öldürüb. Ancaq bu məlumat hələ ki, təsdiqlənmir.

Krımın baş naziri Mohylyov parlament sədri Konstantinovu “Kiyevdə meydandakı etirazlar Ukraynanı dağıtsa, Krım Ukraynadan ayrıla bilər” ifadəsinə görə kəskin tənqid edib.
16:28 21.2.2014
-

KİYEVDƏ İTKİN DÜŞƏN AZƏRBAYCANLI YARALI TAPILIB

Ukraynanın Avromaydanında fevralın 19-da baş verən hadisələr zamanı itkin düşən azərbaycanlı, Ukrayna vətəndaşı Teymur Mustafayev tapılıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, T. Mustafayevin Volın vilayətinin Lutsk şəhər xəstəxanasında yatdığı məluma olub.

Diaspor rəhbəri bildirib ki, xəstəxanadan məlumat daxil olan kimi dərhal T. Mustafayevlə telefon bağlantısı yaradıb: “Bildirdi ki, hazırda vəziyyəti orta-ağırdır. O, başına gələnləri danışaraq dedi ki, fevralın 19-dan 20-nə keçən gecə - səhərə yaxın Maydana yaxın küçələrin birində snayper atəşi ilə yaralanıb. Güllə onun bel nahiyəsindən girərək öndən çıxıb, lakin xoşbəxtlikdən güllə boşluğa düşdüyü üçün həyati təhlükə yaratmayıb. Huşunu itirdikdən sonra bir çox yaralı ilə birlikdə onu Kiyevin 17 saylı şəhər xəstəxanasına aparıblar. Orada üzərilərindəki sənədlərə əsasən yaralılar bölünərək qeydiyyatda olduqları vilayətlərə göndəriliblər. Ötən gün axşam T. Mustafayev də yaşadığı Volın vilayətinin Lutsk şəhərindəki xəstəxanaya yola salınıb”.

R. Tağıyev həkimlərlə də danışıb və həkimlər xəstənin həyatına təhlükə olmadığını, lakin onurğa sütununun müalicəyə ehtiyacı olacağını söyləyiblər. Məsələdən xəbər tutan T. Mustafayevin valideynləri onun yanına gediblər.

Davamı

XS
SM
MD
LG