Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:04

«İsmayıllı işi» üzrə məhkəmədə vəkillər «saxta» şahidlərdən danışıblar


-
Şəki Apellyasiya Məhkəməsində «İsmayıllı işi» üzrə keçirilən məhkəmədə vəkillərin hamısı müdafiə nitqini edib.

Təqsirləndirilən şəxslərdən 6-sı son çıxışını edib. Onların bəziləri verilən ittiham üzrə özünü qismən təqsirli bilib. Digərləri isə ittihamları qəbul etməyib.

Məhkəmə martın 11-nə kimi təxirə salınıb.

***
Martın 4-də Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” üzrə keçirilən məhkəmə prosesinə bir neçə ölkənin diplomatı da qatılıb.

AzadlıqRadiosunun məhkəməni izləyən əməkdaşı xəbər verir ki, prosesdə ABŞ, Fransa və Norveç səfirliklərinin, eləcə də, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri iştirak edirlər.

Prosesdə vəkillər çıxış edir. Onlar müttəhimlərə verilən ittihamların qondarma olduğunu, proses boyu sübuta yetmədiyini bildiriblər. Vəkillər deyiblər ki, ittiham tərəfinin təqdim etdiyi şahidlərin əksəriyyəti “saxta” olub. Onların bəziləri olaylar baş verən zaman nəinki İsmayıllıda, heç ölkədə olmayıblar.

Məhkəmə prosesində saat 15.00-dək fasilə elan olunub.

Ötən il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Olaydan sonra 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.
XS
SM
MD
LG