Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

Rusiya Ukrayna gərginliyi (13-14 mart xronikası)

Ukraynada Rusiya separatçılarının ölkəni parçalamaq cəhdləri davam edir. Kırm referendumunun Xarkov, Luqansk və Donetsk vilayətlərində də keçirilməsi tələbləri səslənir

Krım Rusiyanın tərkibinə keçmək üzrədir. Faktiki olaraq yarımadanın ilhaqı baş verib. Rusiya, yerli separatçıların köməyi ilə məsələni rəsmiləşdirməyə çalışır. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara hazırlaşır. Eyni zamanda NATO və Rusiya silahlı qüvvələri Ukrayna yaxınlığında təlimlər keçirir. Ukraynanın şərq bölgələrində də Rusiya separatçılar fəallaşaraq rəsmi binalara, Ukraynanın bütovlüyünü tələb edən fəallara hücumlar edir. Donetsk şəhərində baş verən belə toqquşmalarda 1 nəfər həlak olub.

Martın 13-14-də baş verən əsas hadisələrinin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Ehtiyac yaranarsa, növbəti günlərdə də Ukrayna olaylarını canlı bloq vasitəsilə izləyəcəyik. Azadlıqda qal!
23:54 13.3.2014
RUSİYA-UKRAYNA HƏRBİ TƏLİMLƏR KEÇİRİR. AMMA İNFORMASİYA
MÜHARİBƏSİ ARTIQ TAM GÜCÜNÜ YIĞIB

Rusiya telekanallarında ziyalıların "Müharibəyə - yox!" müraciətində (müraciət haqda artıq bloqda xəbər yazmışdıq) adı olanların 3 nəfərinin sənədə imza atmadıqları haqda məlumat verildi. Doğrudur, qısa məlumatlardan başa düşmək olmurdu ki, ziyalılar imzalarında imtina edir, ya yox, amma redaksiya onların əvəzinə bu müraciətin Ukrayna millətçilərinin təxribatı olduğu haqda nəticə çıxarır. Eyni zamanda Rusiya prokurorluğunun tələbi ilə internet provayderləri Rusiyanın tənqidi vebsaytlarına giriş bağlayıblar. Məşhur Zhirinovsky (Jirinovskiy) partiyasının təşəbbüsü ilə qəbul olunmuş və fevralın 1-dən qüvvəyə minmiş qanuna əsasən Rusiya prokurorluğuna belə bir səlahiyyət verilib.
13:47 14.3.2014
13:49 14.3.2014
14:30 14.3.2014
UKRAYNADAKI VƏZİYYƏTƏ AZƏRBAYCANIN MÜNASİBƏTİ

Türkiyədə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və həll olunmamış məsələlərin sülh yolu ilə çözülməsinə çağırır. Nazir deyib ki, Ukraynada bütün addımlar Konstitusiya çərçivəsində atılmalıdır. Bu haqda APA xəbər verir

Davamı

XS
SM
MD
LG