Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:31

«Azad et» kampaniyası başlayır


-
«Siyasi məhbusların azad edilməsi üçün «Azad et» kampaniyası başlayır».

Bununla bağlı aprelin 17-də keçirilən mətbuat konfransında AXCP Gənclər Təşkilatının sədri İlham Hüseynov siyasi fəalların son həbslərini, o cümlədən AXCP üzvlərinin məruz qaldığı inzibati cəzaları xatırladıb.

AXCP-nin sədr müavini Əbülfəz Qurbanlının sözlərinə görə, kampaniya çərçivəsində ictimaiyyətə siyasi məhbuslar haqqında maksimum məlumat vermək və beynəlxalq qurumların Bakıya təzyiq göstərməsinə nail olmaq lazımdır.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib ki, SDİ 1995-ci ildən siyasi məhbuslar problemi ilə məşğul olur:

«Həmin vaxt Azərbaycanda 714 siyasi məhbus var idi. 2002-ci ildə onların sayı yüzdən az idi, indi isə ölkədə 129 siyasi məhbus var, onların 40-ı vicdan məhbusudur».

Leyla Yunus Azərbaycanda Avropa Oyunlarının ləğv edilməsi çağırışı ilə kampaniyaya başlamağı, bütün Avropa Şurası ölkələrinə Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı müraciət etməyi təklif edib.

NİDA Hərəkatının lideri Turqut Qəmbər həbsdə olan 8 təşkilat üzvünün bəyanatını oxuyub. Onlar bildiriblər ki, bu gündən etibarən ayrı-seçkiliyə və repressiyalara qarşı etiraz əlaməti olaraq aclıq aksiyası elan ediblər.
XS
SM
MD
LG