Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:08

Laura Baqdasaryan: “Belə bir ittiham Azərbaycan üçün rüsvayçılıqdır”


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
Jurnalist Rauf Murqədirovla bağlı adı hallanan Ermənistanın “Region” Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryan öz Facebook səhifəsində ittihama münasibətini bildirib: “Sən demə, Rauf Mirqədirovu Azərbaycanda mənə görə saxlayıblar. Sən demə, mən erməni xüsusi xidmət orqanlarının rezidentiyəmmiş, Rauf Mirqədirov isə mənə Azərbaycan ordusunun dislokasiyası barədə məlumat verirmiş. Belə bir ittiham Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları üçün rüsvayçılıqdır”.

Laura Baqdasaryan daha sonra yazır ki, Rauf Mirqədirov www.publicdialogues.info layihəsinin müəlliflərindən biri olsa da, tədbirlərə hər zaman internet üzərindən qatılıb: “Məntiqlə mənim Azərbaycandakı tərəfdaşım – Sülh və Demokratiya İnstitutuna qarşı təqiblər başlaya bilər”.

“Ayna-Zerkalo” qəzetinin Türkiyədə olan əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. O, 4 il idi ki, Türkiyədə yaşayırdı. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şübhəli şəxs kimi saxlanılır. Rauf Mirqədirov ona qarşı irəli sürülən ittihamları əsassız sayır.
XS
SM
MD
LG