Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:02

Azər Rəşidoğlu Rauf Mirqədirovun işi ilə bağlı 3 saat dindirilib


Azər Rəşidoğlu
Azər Rəşidoğlu
-
«Yeni Müsavat» qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib. Onun AzadlıqRadiosuna dediyinə görə, dindirilmə 3 saata yaxın çəkib:

«İstintaqda dindirilməyimin detalları haqda heç nə danışmayacağımla bağlı mənə xəbərdarlıq olundu və bu haqda sənəd imzalandı. Ona görə geniş danışa bilməyəcəyəm. Rauf Mirqədirovun həbsini ilk gündən absurd, qurama və sifarişli hesab etmişəm. Bu fikrimdə yenə də qalıram. Bu, böyük bir həbs dalğasının kiçik bir hissəsidir. Güman edirəm ki, həbslər davam edəcək. Daha prinsipial insanların həbs olunacağını istisna etmirəm. İstintaqa çağırılmağıma səbəb yazılarımda Rauf Mirqədirovu müdafiə etməyim olub. Yenə də deyirəm, Rauf Mirqədirovun nə vətənə, nə dövlətə xəyanəti olub. Hesab edirəm ki, o, dərhal azad edilməlidir və ondan üzr istənilməlidir».

2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda həbs olunub. Dövlətə xəyanətdə ittiham olunan jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. R.Mirqədirov ittihamları əsassız sayır
XS
SM
MD
LG