Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:12

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

14:21 2.5.2014
15:27 2.5.2014
Slavyansk mühasirədə [rus dilində]
15:41 2.5.2014
Separatçılar barrikadalar qururlar
Separatçılar barrikadalar qururlar

Həlledici hücum axşam olacaq

Slavyansk şəhərindəki rusiyameylli döyüşçülər həlledici hücumu axşam saatlarında gözləyirlər. Federasiya tərəfdarları Donbasın başqa şəhərlərindən onların köməyə yollanırlar.

«Şərq cəbhəsi» hərəkatının komissarı Nikolay Solntsev «RIA Novosti»yə telefonla belə deyib və sonra sözünü tamamlayıb:

«Bizdə olan məlumata görə, bu əməliyyatın ən aktiv mərhələsi mayın 2-də - axşama təyin olunub. Bu gün axşam xalq-azadlıq mübarizəsində dönüş baş verməlidir. Biz indi bütün gücümüzü Slavyanskda cəmləşdirmişik».

Davamı

XS
SM
MD
LG