15:25
4.5.2014
Ukraynanın baş naziri Odessaya gedib
Mayın 4-də Ukraynanın baş naziri Arseniy Yatsenyuk Odessaya səfər edib.
Yatsenyuk bundan əvvəl BBC-yə deyib ki, o, şəxsən təhlükəsizlik qüvvələrini zorakılığı önləmək üçün “heç nə etməməkdə” ittiham edir.
Ancaq o, rusiyayönlü nümayişçiləri zorakılığı “qızışdırmaqda” ittiham edib.
O, həmçinin “tam, bitkin və müstəqil təhqiqat” vəd edib.
Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton bəyanatında bildirib ki, AB “hər bir kəsi təmkin göstərməyə və bu (Odessa) faciədən daha çox nifrəti, bölücülüyü və şüursuz zorakılığı qızışdırmamağa” çağırıb.
Ashton Odessadakı yanğının “müstəqil” araşdırılmasına çağırıb.
16:12
4.5.2014
Mayın 3-də Luqanskda girov götürülən 2 ictimai fəal azad olunub. Luqansk hərbi komissralığına hücum zamanı çəkilən dramatik videoya burada baxmaq olar (diqqət! videoda ədəbsiz sözlər işlədilir).
16:48
4.5.2014
Qasım adlı oxucumuz Bakıdan yazır ki, Avropadan və ABŞ-dan yardım alan Ukrayna amerikanın nəzarəti altındandır, Ukrayna ordusu əmri ABŞ-dan alır, ağıl bə səbrlə hərəkət edir. Qasım yazır ki, Qərb bu ölkəni Rusiyanın caynağından qurtarmağa çalışır. Rusiya isə buna heç cürə razı olmaq istəmir. Və nəhayət belə bir proqnoz verir ki, bütün bu qarşıdurma Rusiya imperiyasınnı süqutu ilə nəticələnəcək.
Bloqun altındakı forumda öz fikirlərini bölüş
QASIMLA RAZISAN? SƏNİN HADİSƏLƏRLƏ BAĞLI PROQNOZUN NƏDİR?
Bloqun altındakı forumda öz fikirlərini bölüş
17:29
4.5.2014
#Ukrayna-nın baş naziri separatçılara mesaj göndərir. http://t.co/vxoXFNtvq8
— AzadliqRadiosu (@RadioAzadliq) 4.5.2014