Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:18

Soma mədən faciəsi (xəbər, foto, video)

Kömür mədənində qəzada 282 nəfər həlak olub. 120 fəhlənin xilasına artıq ümid qalmayıb. Türkiyənin ən böyük həmkarlar ittifaqı mayın 15-də ölkə ərazisində tətil elan edib

- Mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.

- Qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 200-dən çoxunun öldüyü təsdiq edilir. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır

- Faciə ilə bağlı Türkiyə rəsmilərinin ünvanına ciddi ittihamlar səslənir.

AzadlıqRadiosu Soma faciəsini yaxında izləyərək bu CanlıBloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllıqla yerləşdirildiyindən ən son xəbərlər və şərhlər bloqun əvvəlindədir. Onun sonunda "davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək olar
15:44 14.5.2014


Istanbulda kortəbii etirazlar baş verib. Taksim metro stansiyasında onalrla gənc flaşmovb keçiriblər (yuxarıda fotoda). Soma Holding offisinin qarşısına etiraz toplaşanlar isə "Qatillər!" deyə qışqırıblar.
17:20 14.5.2014
-
Soma şəhərində kömür mədənində ölənlərin sayı 232 nəfərə çatıb.

Bu haqda hadisə yerində olan Türkiyənin baş nazir Recep Tayyip Erdoğan məlumat verib.

232 nəfər cəsədi çıxarılanlardır. Mədənin alt qatlarında nə qədər adamın qaldığı məlum deyil.
18:54 14.5.2014
Kömür mədənində ölənlərin sayı 238 nəfərə çatıb. Onlardan 124-nün şəxsiyyəti müəyyənləşdirilib.

Son 73 ildə Türkiyədə 3000-dən çox mədənçi ölüb. 1000-dən artıq adam yaralanıb.

Davamı

XS
SM
MD
LG