Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:37

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
22:03 29.5.2014



Luqansk vilayətinin Aleksandrovsk şəhərində separatçılarla Ukrayna hərbçiləri arasında gedən döyüşdə sursat anbarında partlayış olub. Vilayət daxili işlər nazirinin nümayəndəsi Tatyana Pogukay ölən və yaralananlar haqda məlumatın olmadığını bildirib. Xəbər verilir ki, mayın 29-da axşam saat 4 radələrində 8 KamAZ maşınında avtomat, pulemyot və qumbaratanlarla silahlanan separatçılar Aleksandrovska gəlib. Onlar hərbi hissəni ələ keçirmək istəyəndə döyüş başlayıb.

Jurnaslit Arkadiy Babchenko sosial şəbəkədə yazıb ki, İzyum şəhəri yaxınlığında Ukrayna hərbçilərinin maşın karvanı atəşə tutulub, 1 nəfər həlak olub, yaralananlar var.

Ukrayna könüllülərindən formalaşan Daxili qoşunların “Azov” batalyonunun komandir müavini Yaroslav Gonchar iddia edir ki, onda Rusiyadan Ukrayna ərazisinə 4 mindən artıq yaraqlılının keçməsi haqda məlumat var.
19:05 29.5.2014


Slavyansk yaxınlığında vurulan Mi-8 vertolyotunda həlak olan general Kulchitskiy. Ukrayna Milli qvardiyası bildirib ki, vertolyotu vuran yaraqlılar məhv edilib.

Eyni zamanda Azadliq Radiosu Rus xidməti mayın 28-də Luqanskda Milli qvardiya ilə separatçılar arasındakı döyüşün daha ətraflı mənzərəsini yaratmağa çalışıb. Separatçılar iddia edirlər ki, danışıqlardan sonra Ukrayna hərbçiləri silahı yerə qoyub hərbi hissəni tərk ediblər. Milli qvardiyanın versiyasına əsasən separatçıların ilk hücumu Milli qvardiya əsgərləri tərəfindən dəf edilib. Atışma səsinə həmin hərbi hissədə qulluq edən əsgərləin valideynləri oraya gəliblər. Separatçılar əsgərlərin valideynlərini girov götürərək əsgərləri silahı yerə qoymağa məcbur ediblər.

Davamı

XS
SM
MD
LG