20:04
28.5.2014
DONETSKDƏ SEPARATÇILARA DƏSTƏK YÜRÜŞÜ
Mayın 28-də yüzlərlə adam Donetskin mərkəzində yürüş keçirib. Rusiyanın bayrağını qaldıran bu adamlar "Faşist keçə biməyəcək" deyərək yaraqlı separatçıların zəbt etdiyi Donetsk vilayət binasının qarşısına qədər gediblər. Rusiyameylli media yürüş iştirakçılarının yerli kömür mədənlərində işləyən şaxtaçılar olduğunu yazır. Ukraynanın bütövlüyü tərəfdarları yürüşə ümumiyyətlə separatçıların tərəfində olan bütün adamların toplaşdığını bildirir və qeyd edirlər ki, kömürçülərin heç də hamısı yaraqlıları dəstəkləmir.
23:49
28.5.2014
Referendumdan sonra #Ukrayna-dakı separatçılar Rusiyanın tərkibinə daxil olmağa ümud edirdilər. Lakin Moskva tələsmir http://t.co/efsx7YmYcr
— AzadliqRadiosu (@RadioAzadliq) 28.5.2014
00:03
29.5.2014
Luqanskın normal həyatından 1 parça
Luqansk-da separatçıların silahlı dəstələri Ukrayna milli qvardiyasına hücum edərək Ukrayna hərbçilərindən silahı təhvil verib hissədən çıxmaqlarını tələb edirlər. Luqansk vilayət daxili işlər idarəsindən xəbər verirlər ki, atəş səsləri eşidilir, Milli qvardiyanın kazarması yerli “Zarya” dəstəsi tərəfindən mühasirəyə alınıb. Bu dəstəni Luqansk separatçıları yerli hərbi komissarlığın bazasında yaradıblar. Bir qədər əvvəl Milli qvardiya məlumat yaymışdı ki, Luqanskda onların hərbi hissəsini ələ keçirmək cəhdi olub. Qərb agentlikləri rəqəm göstəməsələr də hər 2 tərəfdən itkilər olduğunu xəbər verirlər.
Donbassda hərb səhnələri dinc həyat mənzərələrini getdikcə tamamilə sıxışdırır. Mayın 28-nə olan CanlıBloqu burada tamamlayırıq. Sabah yenidən hadisələrin gedişini AzadliqRadiosunda izlə.

09:55
29.5.2014
#Ukrayna Petro Poroshenko vəd edib ki, gələn həftə Rusiya prezidenti Vladimir Putinlə böhranı müzakirə edəcək http://t.co/BIIPo6yIJr
— AzadliqRadiosu (@RadioAzadliq) 29.5.2014