17:31
29.5.2014
UKRAYNA MÖVZUSU AZADLIĞIN MÜZAKİRƏSİNDƏ
"Analitik" nikli oxucumuz yazır ki, AzadliqRadiosu bu hadisələri birtərəfli işıqlandırır. Onun şərhini olduğu kmi veriririk
Hormetli redaksiya, meselelere birmenali yanawmaq duzgun deyil.Gelin analiz edek, xirdaliyaq bu muharibeni. Qerb ve Amerikanin meqsedi Rusiyani diz ustde cokdurmekdir.Bunu Putin gozel anlayir.En elveriwli geocoqrafi mekan -Ukrayna sechilib. Ukraynanin qerble anlashilmasi, avrointeqrasiyaya qoshulmasi onun tez ve ya gec NATO-ya uzv olmasi demekdir. Eqer Ukrayna Natoya uzv secilse ABW oz PRO ustanovkalarini, zenit raketlerini ve s. bu erazide yerlewdirecek. Bu da Rusiyanin herbi infrastukturunun mehvi demekdir. Odur ki separatci adlandirdiqiniz rusmeyilli herbi desteler tebii ki oz movqelerinden ele bele chekilmeyecekler. Men RF mudafiecisi kimi cixiw etmirem sadece olaraq meselelere weffaf ve subyektiv noqteyi-nezerinden werh verdim
Sənin məsələyə münasibətin necədir? Rusiya NATO-nun raketlərindən qorunursa, Ukrayna xalqının nə günahı? Bəs bu ölkənin Gürcüstana müdaxiləsini nə ilə izah etmək olar? Bloqun altındakı şərhlər pənəcərisndən öz fikrini yaz.
17:59
29.5.2014
Bir qədər əvvəl burada yerləşdirdiyimiz videonun əslində Suriyadakı müharibə zamanı çəkildiyini müəyyən etdik. Oxuculardan üzr istəyirik. Təqdim etdiyimiz fotolarun vertolyotun sonuncu uçuşdan əvvəl çəkildiyi bildirlir. Vertolyotda həlak olanların sayı haqda rəsmi məlumatların özü Ukraynadakı vəziyyətə bir nümunə ola bilərdi - parıamentinin sədri Turchynov 14 nəfərin, Milli qvardiya 12 nəfərin, Antiterror qəragahının mətbuat nümaəyndəsi isə 10 nəfərin həlak olduğunu bildirirlər.

19:05
29.5.2014
Slavyansk yaxınlığında vurulan Mi-8 vertolyotunda həlak olan general Kulchitskiy. Ukrayna Milli qvardiyası bildirib ki, vertolyotu vuran yaraqlılar məhv edilib.
Eyni zamanda Azadliq Radiosu Rus xidməti mayın 28-də Luqanskda Milli qvardiya ilə separatçılar arasındakı döyüşün daha ətraflı mənzərəsini yaratmağa çalışıb. Separatçılar iddia edirlər ki, danışıqlardan sonra Ukrayna hərbçiləri silahı yerə qoyub hərbi hissəni tərk ediblər. Milli qvardiyanın versiyasına əsasən separatçıların ilk hücumu Milli qvardiya əsgərləri tərəfindən dəf edilib. Atışma səsinə həmin hərbi hissədə qulluq edən əsgərləin valideynləri oraya gəliblər. Separatçılar əsgərlərin valideynlərini girov götürərək əsgərləri silahı yerə qoymağa məcbur ediblər.
19:38
29.5.2014
#Ukrayna müdafiə naziri Donbassda fövqəladə vəziyyət elan etməyin əleyhinədir http://t.co/E5RaDO8CcU
— AzadliqRadiosu (@RadioAzadliq) 29.5.2014