Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:51

AzadlıqRadiosunun müxbiri döyülüb [Video]


Jurnalist çəkiliş zamanı təzyiqə məruz qalıb...
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
-

Mayın 26-da AzadlıqRadiosunun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb. Özünün bildirdiyinə görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mükligeyimli şəxslər ona hücum edib. (Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir).


17:20 - JURNALISTƏ HÜCUM ARAŞDIRILIR

İsmayıllı rayon polis şöbəsinin rəisi müavini Şöhrət Kərimovun AzadlıqRadiosuna dediyinə görə, jurnalist Elçin İsmayıllıya hücum araşdırılır:

«Hazırda hadisə ilə bağlı təhqiqat aparılır. Bütün materiallar toplanandan sonra aidiyyatı qurumlara təqdim olunacaq».


12:50 - JURNALİSTƏ HÜCUM EDƏNLƏR İFADƏ VERİR

AzadlıqRadiosunun müxbiri Elçin İsmayıla hücum edən ata və oğul saxlanılıb. Hazırda həm jurnalist, həm də ona hücum edənlər İsmayıllı rayon polis idarəsində izahat verirlər.

10:00 - JURNALİST HÜCUMA MƏRUZ QALIB

AzadlıqRadiosunun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb. Özünün bildirdiyinə görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mükligeyimli şəxslərin hücumuna məruz qalıb. Elçin İsmayıla xəsarət yetirən həmin şəxslər onun çəkiliş apardığı kamerasını da sındırıblar:

“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişəm”.

İsmayıllı Rayon Polis Şöbəsindən 102 xidmətinə məlumat daxil olduğunu AzadlıqRadiosuna təsdiqlədilər. Elçin İsmayıl hazırda İR polis şöbəsindədir, ona faktla bağlı araşdırma aparılacağı vəd edilib.

AzadlıqRadiosu xatırladır ki, mayın 16-da da – Binəqədi rayonunundakı “DSK-3” metaltökmə zavodununda çəkiliş zamanı, radionun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən almışdılar. AzadlıqRadiosu məsələni araşdırmaq üçün Daxili işlər nazir Ramil Usubova müraciət etmişdi.
XS
SM
MD
LG