Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:50

Ukrayna böhranı (2-4 iyun xronikası)

Luqansk və Donetsk vilayətlərinə Rusiyadan daxil olan hərbi yardımın qarşısını almağa can ata Ukrayna hakiiyyətinin bunu necə həyata keçirəcəyi açıqlanmır

- Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Turchynov vəzifəsinin sonuncu günü ölkə şərqində hərbi vəziyyət elan etmək təklifini səsləndirib.

- Luqanskda 2 günlük döyüşdən sonra Ukrayna sərhədçiləri mövqelərini separatçılara təhvil veriblər

- Avropa səfərində olan Barack Obama Ukraynaya yardım vəd edib, NATO rəhbəri də Ukrayna ordusunun yenidən qurulmasında ölkəyə kömək olunacağını bildirib.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:41 2.6.2014

DONBASS-DA GRİOV GÖTÜRÜLƏNLƏRİN SAYI ARTIR



Sosial şəbəkələrdə daim insanların itməsi, girov götürülməsi haqda məlumatlar yayılır. Ən çox da belə hücumlara jurnalistlər məruz qalır. Növbəti belə xəbərdə iddia olunur ki, Donetsk şəhərində bir qrup yaraqlı adam "Donbass" qəzetinin müxbirləri Aleksander Bryzh və Andrei Krevstun, habelə "Vecherniy Donetsk" qəzetinin redaktoru Leonid Lapa-nı naməlum istiqamətə aparıb.
13:30 2.6.2014

Luqanskda sərhəd zastavasında döyüşlər davam edir



Luqasnk vilayətində Rusiya-Ukrayna sərhəddindəki döyüş 7 saatdan artıqdır davam edir. Ukrayna sərhəd xidməti xəbər verir ki, sərhəd zastavasına hücum edən yaraqlılara daim kömək gəlir, sərhədçilərlə 400-ə yaxın silahlının vuruşduğu bildirlir. Xəbər verilir ki, yaraqlılar separatçıların sevimli “dinc əhali arxasında giizlənmək” taktikasında istifadə edirlər, ətrafdakı yaşayış binalaraında mövqe tutaraq onlara atəş açırlar. Itkilər haqda sərhəd xidmətinin məlumatı belədir 5 yaraqlı öldürülüb, 8-i yaralanıb. Sərhəd qoşunları əsgərlərindən azı 10 nəfər yaralanıb.
12:55 2.6.2014

LUQANSK SƏRHƏD MƏNTƏQƏSİNDƏŞİDDƏTLİ ATIŞMA



Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı irəli sürülən əsas ittihamlardan biri də müxtəlif qurumlar arasında əlaqənin olmamasıdır. Sərhəd qoşunları dəfələrlə şikayət ediblər ki, öz qüvvələri hesabına silahlı terrorçuların hücumlarının qarşısını ala bilmirlər, ordudan isə kömək gəlmir. Eyni zamanda Rusiya ilə sərhəddin mühafizəsi həyatı əhəmiyyət daşıyır. Rusiyadan Ukraynaya keçən silahların və canlı qüvvənin qarşısı alınmasa, Ukraynanın Donetsk, Luqansk, Slavyansk və sair şəhərlərində aparılan antiterror əməliyyatları mənasını itirir, çünki açıq sərhədlə zərəsizləşdirilmiş 1 qrupun əvəzində 2 yenisi peyda olur. Bunu separatçılar da gözəl başa düşdüklərindən Ukrayna sərhədçilərini əsas nəzarət məntəqələrindən sıxışdırmağa can atırlar.

Belə məntələqdən birində, Luqanskın cənubunda yerləşən sərhəd zastavasına səhər saat 4-dən hücum başlayıb. Sərhəd xidmətinin xəbərinə əsasən, gecə saat 1-də əraziyə maşınlarda 100-ə yaxın silahlı gəlib. Onlar sərhəd zastavasının perimetri boyu mövqe tutublar. Səhər saat 4-də hücum başlayıb. Sərhəd qoşunları cavab atəşi açırlar. Ukrayna ordusuna kömək üçün müraciət olunandan sonra əraziyə qırıcı təyyarə gəlib, lakin tərəflər bir-birinə çox yaxın olduğundan döyüşə müdaxiə edə bilməyib.

Davamı

XS
SM
MD
LG