Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:39

«Sovetski» sakinlərini aldatmaqda təqsirləndirilənlər saxlanılıb


«Sovetski»
«Sovetski»

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi «DES» MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılmasına dair birgə məlumat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Bakı şəhər sakini Asəf Hacı-İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş «DES» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri «Köhnə bakılılara yeni ev» şüarı altında sayt yaradıb. Onlar dələduzluq yolu ilə vətəndaşlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.

«DES» Məhdud Məsuliyyətli Cəmiyyətin bu fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb, adı çəkilən MMC-nin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.

Məlumatda deyilir ki, cəmiyyətin ofisində iş üçün əhəmiyyət kəsb edən sənədlər, kompüterlər və noutbuk götürülüb. İki nəfərlə 65.000 və 25.000 manat dəyərində mənzillərin alqı-satqısına dair imzalanmış müqavilələr, eləcə də 20-yə yaxın şəxsin ərizələri də müsadirə olunub.

Tutulan şəxslər inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satılması nəzərdə tutulub.

Həmin şirkətin vəzifəli şəxsləri iyulun 15-də keçirdikləri mətbuat konfransında inşa edəcəkləri binanın «Sovetski» sakinləri üçün nəzərdə tutulduğunu açıqlayıblar.

XS
SM
MD
LG