Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:04

Obama xatırladır ki, separatçılar artıq dəfələrlə Ukraynanın təyyarələrini vurublar


Barack Obama Ukrayna ilə bağlı Ağ evdə bəyanat verir. Vaşinqton 18 iyul 2014
Barack Obama Ukrayna ilə bağlı Ağ evdə bəyanat verir. Vaşinqton 18 iyul 2014

ABŞ prezidenti Barak Obama Ukraynada Malayziya təyyarəsinin vurulub salınmasına dair açıqlama verib. Ağ Evdə danışan prezident deyib ki, o, Malayziya xalqının kədərini bölüşür.

ABŞ dövlət başçısı bildirib ki, rusiyapərəst separatçılar son bir neçə gün ərzində Ukraynanın hərbi təyyarələri və vertolyotlarını da vurub.

Obama deyib ki, 298 insanın ölümü böyük qəzəblə qarşılanıb:

“Rusiya separatçıları silahla təmin edir, onlara təlimlər keçir. Bu, qlobal bir facıədir. Mülki vətəndaşlarının həlak olduğu hadisə ilə bağlı beynəlxalq təhqiqat aparılmalıdır. Rusiya və Ukrayna arasında təcili atəşkəs əldə olunmalıdır. ABŞ bu məsələdə lazım olan bütün yardımlara, beynəlxaq tərəfdaşlari ilə iş birliyinə hazırdır.

Qarşıda duran əsas iş əzizlərini itirənlərin yaralarının sağalmasına yardım etməkdir.

Faktlar araşdırılmalı, həqiqətlər ortaya çıxarılmalıdır. Biz həqiqətlərin üzə çıxarılacağından əmin olmalıyıq. Ukrayna hökumətinin sülh səyləri baş tutmayıb. Separatçılarr dəfələrlə atəşkəsin şərtlərini pozublar.

Rusiya Ukraynanın suverenliyinin qorunması kimi öhdəliyə əməl etmir. Rusiya, sepatçılar və Ukrayna bütün səylərini səfərbər edib, böhranı həll etməlidir."

ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını və onu Ukraynada vəziyyəti sabitləşdirmək üçün addımlar atmağa çağırdığını deyib.

O, fəlakətin təhlükəsizliyin, sülhün bərqərar edilməsinin vacibliyini bir daha önə çəkdiyini deyib.

Bütün dünyanın gözünün şərqi Ukraynada olduğunu vurğulayan Barack Obama regionda əmin-amanlığın bərpa edilməsinə çağırıb.

Qəza qalıqlarına toxunulmamasına çağıran prezident vurulan təyyarənin içərisində 100-dən çox QİÇS tədqiqatçısının olduğunu deyib.

XS
SM
MD
LG