Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:49

Zibilpulunu yığırlar, zibili yox...


Arxiv fotosu
Arxiv fotosu

“Novxanı yolu” deyilən ərazidə qalaq-qalaq yığılan zibil isti yay günlərində bizə əsl cəhənnəm əzabı yaşadır”

Bunu “Qaynar xətt”əBinəqədi sakinləri yazıb. Onlar qızmar yay günlərində zibillərin vaxtlı-vaxtında daşınmadığından şikayət edirlər:

"Bir aydan çoxdur ki, məhəllələr arasındakı zibil qutuları gəlib boşaltmırlar. Qalaq-qalaq yığılan zibil havaların isti keçdiyi bu yay günlərində axırımıza çıxır. Kiflənmiş, qıcqırmış zibilin iyi evlərin içərisindədir. Ağcaqanad, milçək evləri basıb. Antisanitariya baş alıb gedir”.

"GƏLİB ZİBİLLƏRİ DAŞISINLAR"

Sakinlər dəfələrlə rayon icra hakimiyyətinə və rayon bələdiyyəsinə müraciət ediblər:

“İcra hakimiyyətindən bizə dedilər ki, zibildaşıyan maşınları az olduğundan zibilləri hər gün daşımaq mümkün deyil. Biz də onlara dedik ki, heç olmasa həftədə iki dəfə bu zibillər daşınsın. Razılaşdılar. Amma bir aydır ki, evlərimizin yaxınlığındakı zibillik təmizlənmir”.

Ancaq sakinlərdən aybaay zibilpulu yığılır:

“Zibil yığmırlar, ancaq zibilpulu üçün tez gəlirlər. Tələb edirlər ki, vaxtlı-vaxtında zibilpulu ödəyək. Belə dəqiq işləyirlərsə, zəhmət çəkib vaxtlı-vaxtında da gəlib zibili daşısınlar”.

Binəqədi bələdiyyəsindən bildiriblər ki, qüvvə az, təmizlənməli ərazi çox... Şikayət olunan ərazi də təmizlik işləri aparılacaq ərazilərin siyahısındadır. Bələdiyyədən zibil qutularının gün ərzində boşaldılacağını bildirdilər.

XS
SM
MD
LG