Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:26

BMT: İraq islamçıları hərbi cinayətlər törədirlər


İŞİD döyüşçüləri
İŞİD döyüşçüləri

-

İraqdakı silahlı qruplaşmaların törədikləri əməlləri hərbi cinayətlər kimi qiymətləndirmək olar

İnsan Hüquqları üzrə BMT Ali Komissarı və BMT-nin İraqa Yardım Missiyasının hazırladığı hesabatda belə deyilir.

Sənəddə vurğulanır ki, «İraq və Şam İslam Dövləti»nin (İŞİD) hərbi qruplaşmaları mülki insanları öldürür, məhkəməsiz güllələnmələr həyata keçirir, zorlama, döyüşlərdə iştiraka cəlb etmək üçün həddi-buluğa çatmayan insanları oğurlayırlar.

Qeyd olunur ki, bu qruplaşma döyüşçüləri müntəzəm olaraq mülkü obyektlərə-bazar, mağaza, uşaq meydançaları, kilsə və məscidlərə hücum edirlər.

BMT-nin məlumatlarına görə, iyun ayında İraqda gedən döyüşlərdə 2 min 400 nəfər ölüb ki, bunun da yarısı mülki vətəndaşlardır.

XS
SM
MD
LG