Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:40

Mətbuat Günü və mətbuatın günü [Video]


-

Jurnalistlər Elçin Şıxlı və Şahvələd Çobanoğlu mətbuatın vəziyyətindən danışırlar.

«İNSANLARIN QƏZET ALMAQ VƏRDİŞLƏRİ QALMAYIB»

Elçin Şıxlı Mətbuat Günündə mətbuatın durumun yaxşı olmadığını deyir:

«Bu gün mətbuatın vəziyyəti ürəkaçan deyil. «Ayna» qəzetinin avqustda 24 yaşı olacaqdı. Qəzet artıq çalışmır. Biz işə başlayanda, çox çətinliklərdən, dördqat senzuradan keçirdik. Ancaq nikbin idik, döyüşkən ruhdaydıq. Çünki tək deyildik, digər qəzetlər vardı, bütöv bir cəbhə vardı. İndi isə bu sıralar getdikcə azalır».

«Qəzetləri rayonlara daşımaq xərc tələb edir. Necə deyərlər, üzü astarından baha başa gəlir. Əvvəllər qəzetlər poçtla göndərilirdi. İndi poçt xidmətləri, demək olar ki, yoxdur. İnsanların qəzet almaq vərdişləri də qalmayıb. Hansısa dağ kəndində internetdən xəbər oxuyan da yoxdur. Şəhərdə də qəzet almaq mümkün deyil. Köşklər xırda məhsullar satmaqla daha çox gəlir əldə edirlər. Qəzet almağa da, satmağa da meyl yoxdur».

«JURNALİSTLƏRƏ EV VERİLİR, QƏZETİN EVİ-KÖŞK BAĞLANIR»

Şahvələd Çobanoğlu hesab edir ki, bu günü qeyd etməyə azad sözü deyənlər və dəyər verənlərin haqqı çatır:

«Milli Mətbuat Günündə bayram əhvalı yoxdur. Ancaq nə qədər sayca az qalsaq da, simvolik desək, əkin davam edir. Ümid edirik ki, ağır günləri aşıb toxumları növbəti əkinə saxlaya biləcəyik. Biz bu yolda azad sözü deməyə, həqiqəti yazmağa sadiq qalmışıq. Hakimiyyətin bu günü qeyd etməyə haqqı çatmır. Hakimiyyətin bizim sıralarımızda olan qəzetlərə gizli, bəzənsə açıq repressiya siyasəti Azərbaycan mətbuatını bu günə gətirib çıxardı».

«Kəndlərdə qəzet köşkləri yoxdur. «Qasid»in köşkləri bağlandı. Jurnalistlərə ev verilir, qəzetin evi-köşk bağlanır. Qəzet satışını metrodan yığışdırdılar. Qəzet elə məhsuldur ki, əl altında olmalıdır. Azərbaycan hakimiyyəti bunu bizə çox gördü. Qəzetlərin kağız alma imkanları da məhdudlaşdırılır. Məqsəd xalqın gözünü, qulağını bağlamaqdır. Müstəqil söz deyən, hakimiyyəti tənqid edən istənilən adam hədəfdədir. Bu bayramı qeyd etməyə layiq olanlar azad söz deyənlər və bunun həsrətində olan oxuculardır».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG