Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:51

Leyla Yunus – Gözlənilən həbsin tarixçəsi? [Video]


-

Jurnalistlər Mehman Əliyev və Şahvələd Çobanoğlu Leyla Yunusun məcburən prokurorluğa aparılmasını və həbs gündəmini dəyərləndirirlər.

«HAKİMİYYƏT ONDAN ƏL ÇƏKMİR»

Şahvələd Çobanoğlu hesab edir ki, baş verənlər Leyla Yunusun fəaliyyəti ilə bağlıdır:

«Baş verənlər gözlənilməz deyildi. Leyla Yunus uzun illərdir siyasi məhbus, insan haqları məsələsinə görə hakimiyyətin yaxasından əl çəkmir. Səsini qaldırır, dünyaya çatdırır, qətiyyən geri çəkilmir. Hakimiyyət də bunlara görə ondan əl çəkmir. Neçə vaxtdır onun haqqında ağır şər, böhtan kampaniyası aparılır. İndi də qərar versələr, onu həbsdə atacaqlar, bir qadın məhbus da əlavə olunacaq siyasi məhbuslar sırasına».

«Leyla Yunus ifadə verməkdən qaçmayıb. O, müstəntiqə dəfələrlə bildirib ki, pasportlarını qaytarsalar gəlib ifadə verəcək. Çünki o və Arif Yunus haqqında heç bir cinayət işi yox idi».

«HÜQUQ İŞLƏMİRSƏ, MƏNƏVİYYATDAN DANIŞMAQ OLMAZ»

Mehman Əliyev Leyla Yunusun siyasi göstəriş əsasında saxlanıldığını düşünür:

«Bundan əvvəl Leyla və Arif Yunusu hava limanında qanunsuz saxlamışdılar. Əvvəlcə bildirildi ki, onların xaricə çıxmalarına qadağa var. Ancaq onlar heç bir sənədə imza atmamışdılar bu barədə. Onları heç bir ittiham olmadan saxlamışdılar. Daha sonra Leyla Yunusun ofisində, evində sanksiya olmadan baxış keçirilib. Bütün bunlar hüquq pozuntusu çərçivəsində baş verib, siyasi göstəriş əsasında edilib. Uzun illərdir bu ölkədə mənəvi müstəvidə heç nə həll olunmur. Hər şeyi pul, vəzifə, güc həll edir. Hüquq işləmirsə, hansı mənəviyyatdan danışmaq olar?».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG