Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:49

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aparılan analizlər nəticəsində xəstəliklər aşkarlanmayıb


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində çöl heyvanlarından götürülən analizdə xüsusi təhlükəli xəstəliklər aşkarlanmayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) sektor müdiri Kliment Əsədov deyir ki, analizlər Tərtər, Ağdam, Beyləqan rayonları ərazisində canavar, tülkü və çöl siçanları üzərində aparılıb. İlkin rəyə görə, həmin heyvanlarda təhlükəli xəstəliklər tapılmayıb. Bununla belə, cənab Əsədov deyir ki, analizlərin yekun rəyi avqustun 3-də açıqlanacaq.


DBX Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yanğınlarla bağlı iyulun 24-dən 29-na qədər monitorinq aparmışdı. Bu monitorinqdə məqsəd yanğınlardan sonra kütləvi sürətdə Azərbaycanın nəzarətində olan ərazilərə keçən heyvanlarda təhlükəli xəstəliklərin olub-olmamasını müəyyən etmək idi.


Son vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yanğınlar baş verir.



XS
SM
MD
LG