Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:52

Conatan Henik: «Daxili İşlər nazirinin mətbuat nümayəndələri ilə görüşünü yüksək qiymətləndiririk»


ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik Daxili İşlər naziri Ramil Usubovun media təmsilçiləri ilə görüşünə münasibət bildirib. «Daxili İşlər nazirinin mətbuat nümayəndələri ilə görüşünü yüksək qiymətləndiririk və bu çox yaxşı fikirdir. Jurnalistlərin üzərində böyük təzyiqlər var. Ümid edirik ki, bu görüşlər digər qurumların rəhbərləri tərəfindən də davam edəcək. Çox yaxın zamanda mətbuatın problemləri həllini tapacaq».
Mətbuata qarşı cinayət xarakterli təzyiqlərin baş verdiyini vurğulayan cənab Henikin fikrincə, Azərbaycanda mətbuatın vəziyyəti son dövrlər pisləşib. Amerikalı diplomat ABŞ-ın jurnalistlərə təzyiqlərin qarşısının alınması ilə bağlı Azərbaycan hökumətilə danışıqlar apardığını bildirib.


Avqustun 19-da Daxili İşlər naziri Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və bir sıra KİV rəhbərləri ilə görüşü keçirilib.


XS
SM
MD
LG