Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:37

AYİB UNİBANK-a daha 7,5 milyon dollarlıq kredit xətti açacaq


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) UNİBANK-a bu həftə daha 7,5 milyon dollarlıq kredit xətti açacaq. Bank bu məbləğin ancaq 2 milyon yarımını özü ayıracaq, 5 milyon dolları isə başqa banklardan cəlb edəcək. AYİB-in Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumata görə, UNİBANK bu vəsaiti orta və kiçik sahibkarlığın inkişafına yönələn layihələrin kreditləşməsinə ayırmalıdır. Kreditdən silah və spirtli içkilər istehsalı və ticarəti üçün istifadə edilməməsi də standart şərt kimi irəli sürülüb.


Bu ilin aprelində UNİBANK AYİB-in də olduğu banklar sindikatından 5 milyon dollarlıq kredit almışdı.


XS
SM
MD
LG