Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:32

Adil İsmayılov Zakir Nəsirovun qətllərlə əlaqəsi olmadığını deyir


Sentyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstəsinin işi üzrə proses davam edib. Müttəhim Nailə Quliyeva (Hacı Məmmədovun mülki nikahda olduğu şəxs) sualları cavablandırarkən bildirib ki, adam oğurluqları və qətllər barədə DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun məlumatı var idi və buna görə o, Hacı Məmmədovdan pul alırdı.


Zakir Nəsirovun vəkili Adil İsmayılov isə deyir ki, Nailə Quliyeva faktiki olaraq istintaq dövründə Elçin Əliyevlə (Hacı Məmmədovun bacısı oğlu) bağlı verdiyi ifadələrin hamısını məhkəmədə Zakir Nəsirova aid edir. Vəkilin fikrincə, məqsəd Elçin Əliyevin əvəzinə Zakir Nəsirovu günahlandırmaqdır.


Bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında isə vəkil Adil İsmayılov müdafiə etdiyi Zakir Nəsirovun adam oğurluğu və qətllərlə əlaqəsi olmadığını məhkəmədə sübut edəcəyini demişdi.


Hacı Məmmədov və 26 nəfərlik dəstə adam oğurluqları və qətllər törətməkdə ittiham olunurlar.


Məhkəmə prosesi davam edir.


XS
SM
MD
LG