Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:46

İntiqam Əliyevlə bağlı Avropa Məhkəməsinə müraciət imzalanır


Həbsdə olan hüquqşünas İntiqam Əliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət hazırlanır. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublunun Azadlıq Radiosuna dediyinə görə, müraciət müəllifləri 2010-cu il parlament seçkilərində namizəd olmuş şəxslərdir.

“Hazırda sənəd imzalanma ərəfəsindədir. İmza atanlar 2010-cu il parlament seçkilərində daha çox səs toplayıb, amma saxtakarlıq nəticəsində məğlum elan edilən şəxslərdir. Onların hamısının işini Avropa Məhkəməsinə İntiqam Əliyev hazırlayıb göndərib, yəni onların hamısının vəkili odur. İntiqam Əliyevin tutulmasından sonra həmin şəxslər müdafiəsiz qalıblar. Avropa Məhkəməsinə müraciət edənlər həm müdafiəsiz qaldıqlarını bildirirlər, həm İntiqam Əliyevin azadlığa buraxılması istəyirlər”.

2010-cu ildə deputatlığa namizəd olmuş 100-ə yaxın şəxsin həmin müraciətə imza atacağı bildirilir. İndiyə qədər sənədə 30-dan çox imza atan var.

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. «Amnesty International» onu «vicdan məhbusu» sayır.

XS
SM
MD
LG