- Estoniyada #NATO tarixində ən əhəmiyyətli sammit başlanıb... - #Ukrayna düzgün yoldadır. Bu yolun adı... http://t.co/NypJQNNLmY
— AzadliqRadiosu (@RadioAzadliq) 3.9.2014
Donetskdə, Vostok batalyonunun mövqelərində
Donbassda səfərdə olan AzadlıqRadiosunun müxbiri Andrey Babitskiy separatçıların döyüş mövqelərinə yemək daşıyan qrupu çəkib. Vostok batalyonunun bu əsgərləri Donetskin ətrafında Ukrayna təhlküəsizlik qüvvələrinə qarşı döyüşən onlarla separatçı-silahlı qruplaşmalardan biridir.
Ukrayna Rusiyadan belə müdafiə olunmaq istəyir
Ukrayna hökuməti Rusiya ilə sərhəddə xüsisi tikinti işlərinə başlayıb. Bu haqda baş nazir Arseniy Yatsenyuk kabinetin iclasında bildirib. “Biz “Divar” layihəsinin reallaşdırılmasına başlayırıq. Bu, Ukrayna ilə Rusiya Federasiyası arasında real dövlət sərhəddinin tikintisindən gedir”, - deyə Yatsenyuk bildirib.
Bir müddət əvvəl Ukrayna oliqarxı, Dnepropetrovsk vilayətinin qubernatoru İgor Kolomoysky belə bir təşəbbüslə çıxış edərək sərhəd qurğularının mühəndis planlarını Ukrayna prezident administrasiyasına təqdim edərək, tikinti ilə bağlı xərclərin də öz üzərinə götürməyə hazır olduğunu bəyan etmişdi.
AzadliqRadiosu Rusiya xidməti xəbər verir ki, söhbət 2 min kilometrlik sərhəd zolağında quraşdırılacaq metal səddlərdən gedir. Hündürlüyü 2 metr olan bu metal barmaqlıqların üstündə tikanlı məftillər quraşdırılması və ora elektrik cərəyanının verilməsi nəzərdə tutulur.
HƏRB VƏ ...PUL
Beynəlxalq Valyuta Fondu bəyan edib ki, Donbassda hərbi əməliyyatlar davam etsə, Ukraynaya 19 milyard dollar tələb olunacaq. Ətraflı burada oxu