Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:59

Suriyada, Misirdə döyüşmək üçün Rusiyada cihadçı yığan dəstə məhkum olundu


Rusiyanın Həştərxan şəhərinin məhkəməsi xaricdə döyüşmək üçün könüllü yığan 6 şəxsi 6 ildən 7 ilə kimi həbsə məhkum edib.

İstintaq Komitəsinin yerli bölməsi bildirir ki, Takhir Dzhaksibekov adlı dəstəbaçısının rəhbərliyi ilə 6 nəfərdən ibarət qrup Suriyadakı, Misirdəki və Şimali Qafqaqzdakı islamçı təşkilatlara cihadçı yığırmış.

Qrupun üzvlərini adı çəkilməyən agentin məlumatı ilə 2013-cü ildə həbs ediblər.

Həbs olunanların evindən partlayıcılar, hərbi ləvazimat və ekstremist ədəbiyyat tapılıb.

XS
SM
MD
LG