Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:20

Müsavatda partiyaiçi polemika səngimir? [Video]


-

Başqanlığa namizəd olmuş Qubad İbadoğlu və partiya başqanının müavini Gülağa Aslanlı partiyaiçi mübahisə barədə mediada çıxan xəbərləri dəyərləndirirlər.

Efir zamanı olan müzakirəni dialoq formatında təqdim edirik:

Qubad İbadoğlu: Arif Hacılı partiyanı olduğu kimi saxlamaq, mən yenilik etmək istəyirdim.

Gülağa Aslanlı: Sizdən fərqli olaraq mən Müsavat Partiyasına başqa partiyadan gəlməmişəm. Mənim heç vaxt biznesim olmayıb.

Qubad İbadoğlu: Siz danışığınıza diqqət edin. Faktlarınız varsa, açıqlayın. Müsavat hökumətdə fəaliyyətini dayandıranda, Siz getdiniz 1999-cu ilə kimi bu iqtidara qulluq etdiniz.

Gülağa Aslanlı: Mən sizin bəyənmədiyiniz Əbülfəz Elçibəyin sərəncamı ilə «Biyan İstehsalat Birliyi»nə sədr təyin olunmuşam. Məclisin qərarı ilə vəzifəmdə qalmışam. Məni sonra da işdən çıxarmayıblar.

Qubad İbadoğlu: Çünki yaxşı xidmət eləmişdiniz.

Gülağa Aslanlı: Siz və qardaşlarınız hələ də hakimiyyətə xidmət edirsiniz. Bu da göz qabağındadır.

Qubad İbadoğlu: Siz hakimiyyətə xidmət edirsiniz. Səviyyəniz də budur.

Gülağa Aslanlı: Sizin səviyyəniz budur.

Qubad İbadoğlu: Ağsaqqal adamsınız. Özünüzü aparmağı öyrənin.

Gülağa Aslanlı: Ağsaqqal adama hörmətlə yanaş və yalan danışma.

Qubad İbadoğlu: Müsavat Partiyası dəyişməli və bir qrupun inhisarından çıxmalıdır.

Gülağa Aslanlı: Müsavat Partiyasının dəyişməsi avtoritar yox, seçki yolu ilə olur. Seçkidə iştirak etməyi öyrənin, qalib gəlib.

Qubad İbadoğlu: Seçkini keçirmək qabiliyyətini ortaya qoydunuz. Ömrü boyu iqtidardan bəhrələnən gəlib burda mənə Müsavat dərsi keçir.

Gülağa Aslanlı: Siz seçkiyə siyahı vermişdiniz. Sizin siyahıya görə 11 nəfər MNTK üzvü seçilməli idi.

Qubad İbadoğlu: Araşdırın, sonra danışın.

Gülağa Aslanlı: Qubad bəyin bayaqdan dediyi məsələlərin heç bir əsası yoxdur. O artıq burada İsa Qəmbərə də böhtan atır. Guya bunun hansısa təklifləri olub, qəbul olunmayanda İsa Qəmbər nəsə deyib. Dünənki tədbirdə də məqsəd İsa bəyə və Arif bəyə böhtan atmaq, partiya işini sabotaj etmək idi. Şikayəti təqdim etmək üçün hökmən bunu Azərbaycana yaymaq lazım idi?!

Seçki siyahılarının paylanmasının əleyhinə idik. Tural Abbaslı çıxış etdi ki, gənclər qurultay nümayəndələrini tanımırlar. Buna görə də seçici siyahısı olsun və paylansın. Qubad bəy də etiraz etmədi. Razılaşdırıldı ki, səsvermə başladıqdan sonra bir-birinə verilməsin. Bu da nizamnaməyə zidd deyildi. 146 nəfərin içindən 80 nəfər seçilməli idi. O siyahılarda da kimlərə səs vermək lazım olduğu yazılmışdı. İddia olunur ki, bunu Arif Hacılı edib. Amma bu Tural Abbaslının təklifi idi. Sonradan məlumat yayıldı ki, iki siyahı olub. Guya birini Arif Hacılı, digərini isə Qubad İbadoğlunun tərəfdarları paylayıb.

Qubad İbadoğlu: Siyahı var. Biz onu təqdim etmişik və araşdırılmalıdır. Samux rayonunda konfrans keçirilməyib, amma 3 qurultay nümayəndəsi seçilib. Onlardan 1-i Gəncə, 2-si isə Xanlar rayon təşkilatının üzvü olub. Heç biri Samux rayon təşkilatının üzvü olmayıb.

Sentyabrın 27-də keçirilən qurultayda Qubad İbadoğlu 28 səs azlığı ilə Arif Hacılıya məğlub olub.

XS
SM
MD
LG