Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:33

«Sovetski»dən kim, necə köçürülür...


Arxiv fotosu
Arxiv fotosu

-

Bakı şəhəri Yasamal rayonu Salatın Əsgərova-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İdris qızının “Sovetski” məhəlləsində söküntü zamanı 110 kvadrat metrlik mənzilinin hər kvadratmetri 1000 manatdan hesablanıb, bank hesabına 110.000 manat köçürülüb.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Ceyran İsmayılovanın hüquqi nümayəndəsi Bəhruz Məmmədov yazıb. O, qeyd edir ki, “Sovetski” məhəllləsində aparılan köçürmə əməliyyatlarında sakinlərin pullarının mənimsənilməsi hallarına yol verilir:

"PREZİDENTİN SƏRƏNCAMI QULAQARDINA VURULUR"

“Hüquqlarını qoruduğum İsmayılova Ceyran İdris qızının mülkiyyət hüququ pozulub, haqqı tapdanıb. Sökülən mənzillərin hər kvadrat metri üçün 1500 manat ödənilməsi ilə bağlı prezident sərəncamı qulaqardına vurulur, vətəndaşlara çatmalı olan pullar məmurlar tərəfindən mənimsənilir”.

Nümayəndə bildirir ki, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasının üzvləri bu il mayın 13-də keçirdikləri komissiya zamanı Ceyran İsmayılovanın 110 kvadrat metrlik mənzilinin hər kvadrat metrini 1000 manatdan hesablayıblar. Ceyran İsmayılovanın pulundan kəsilən 55 min manatın aqibəti qaranlıq qalıb.

Bəhruz Məmmədovun sözlərinə görə, mənzillərdən əşyaların daşınması üçün ayrılmış 400 manat da mənimsənilib.

KÖÇÜRMƏ KOMİSSİYASI DEYİR Kİ...

Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasından isə bildirilib ki, Ceyran İsmayılovanın qanunsusz artırmaları hesablanmayıb, yalnız sənəddə göstərilən sahəyə kompensasiya ödənilib. Əgər narazıdırsa, məhkəməyə müraciət edə bilər.

Baş nazirin müavini Abid Şərifov bütün açıqalamalarında prezident İlham Əliyevin tapşırılqarına istinad edərək bildirib ki, “Sovetski” də sökülən mənzillərin hər kvadrat metri üçün 1500 AZN ödəniləcək”.

XS
SM
MD
LG