Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:45

“Suriyaya getmək üçün bu məscidə gəlmək lazım deyil”


Arxiv foto
Arxiv foto

-
HAKİMİYYƏT SİYASİ MƏHBUS PROBLEMİNİ ETİRAF ETDİ

“Azadlıq” qəzeti yazır ki, “İnsan Haqları üzrə İşçi Qrupu adlandırılsa da, əslində belə bir qurumun yaradılması Azərbaycan hakimiyyətinin ölkədə siyasi məhbus probleminin mövcudluğunun etirafı sayıla bilər. İ.Əliyevin AŞ PA-da son çıxışı zamanı qurum rəhbərliyi ilə müzakirə etdiyi məsələlərdən biri də məhz İşçi Qrupunun fəaliyyətinin bərpası idi. Bu müzakirələr yayda olsa da hakimiyyət AŞ-nın tələbinin icrası istiqamətində tələsmirdi. Amma iqtidara qarşı son basqılar, Avropa Parlamentinin sərt qətnaməsi, ABŞ-ın mövqeyi iqtidarı geri çəkilməyə vadar etdi. Amma hakimiyyət ondan istəniləni özünə məxsus formada həyata keçirdi”.

İşçi Qrupunun tərkibinə daxil olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, cəmiyyəti düşündürən problemləri həll etmək üçün bir təşkilatın mövcudluğu, onun heç olmamasından daha məqbuldur. İşçi Qrupunun daha çox insan haqları problemləri ilə məşğul olacağını deyən M.Qəhrəmanlı bildirdi ki, hələlik İşçi Qrupunun hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyinin metodologiyası hazırlanır. Təşkilatın növbəti iclaslarında isə konkret fəaliyyət istiqamətləri müəyyən ediləcək. Bundan başqa İşçi Qrupunun tərkibinə növbəti mərhələdə vətəndaş cəmiyyətinin daha bir neçə təmsilçisi daxil ola biləcək.

“MƏNƏ TƏHSİL YOX, İSTİ GEYİM, YEMƏK VƏ YER LAZIMDIR”

“Bizim yol” qəzeti küçə uşaqlarının reabilitasiyasından yazır:

“Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bizimyol.info-ya açıqlamasında hal-hazırda rəhbərlik etdiyi qurumun nəzdində olan küçə uşaqlarının reabilitasiya mərkəzində 27 nəfər uşaq olduğunu bildirib. Əlavə edib ki, sığınacağa gələn uşaqlar polis tərəfindən aşkarlanır:

"Həmçinin bizim özümüzün də aşkarladığı uşaqlar olur. Bu zaman biz onlar haqqında məlumat veririk. Onların hər biri Daxili İşlər Nazirliyində baxımsız uşaqlar kimi qeydiyyata düşürlər. Bizim özümüzündə statistika proqramımıza yerləşdirilirlər. Elə uşaqlar ki, onlara qarşı məişət zorakılığının tətbiq olunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat veririk".

QARAÇUXUR MƏSCİDİNDƏN SURİYAYA GEDƏNLƏR OLUB?

“Yeni Müsavat”: Bakıda “Əbubəkr” və “Müşviq” məscidlərinin bağlanması Qaraçuxurda izdiham yaradıb. Paytaxtın bu qəsəbəsində yerləşən “Cümə” məscidi sələfi, xəvaric və digər təriqət üzvlərinin ən çox toplaşdığı yerə çevrilib. Bu mənada məscidə ciddi şəkildə nəzarət var. Çünki məsciddə sələfilərlə bərabər şiələr də ibadət edir. Üstəgəl, bir müddət əvvəl “Aşurbəy”, “Müşviqabad” məscidlərində polis əməliyyat keçirib. MTN 26 İŞİD üzvünü həbs edib. O cümlədən Suriyaya döyüşməyə gedənlərin günbəgün artması həyəcan təbili çalmaq üçün əsas yaradıb. Elə “Əbubəkr”in imamı Hacı Qamət Süleymanov də belə hesab edir ki, məscidlərin fəaliyyətini dayandırması radikalizmi artırır və Suriyada terrorçulara qoşulanlar çoxalır. Hacı Qamət adıçəkilən məscidlərin açılmasını təklif edir. Amma Qaraçuxurdakı məscid bağlanan sözügedən iki Allah evindən fərqlənir. Çünki burada şiə və əhli-sünnə icmaları arasında bölgü aparılıb...

Əhli-sünnə camaatının imamı Hacı Qurban deyir ki, “Suriyaya getmək üçün bu məscidə gəlmək lazım deyil. Başqa yerdə də ibadət edib qoşula bilərlər. Buna biz yox, hüquq-mühafizə orqanları nəzarət etməlidir. Araşdırsınlar ki, bu adamlar necə Suriyaya gedirlər. Bu məsciddən gedənlər olubsa da, bundan xəbərimiz yoxdur, o adamları tanımırıq".

PREZİDENT STEND ATICILIĞI İDMAN KOMPLEKSİNDƏ OLUB

Oktyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar. “AzerTAc” xəbər verir ki, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin baş planına əsasən ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.



XS
SM
MD
LG