Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:15

Binədə etirazlar: Saxlanan və xəsarət alanlar var [Video]


Binə aksiyası: «...yarısını döydülər, yarısını apardılar»
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Binə aksiyası: «...yarısını döydülər, yarısını apardılar»

«Hər şey normal davam edirdi. Polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başladı. Bundan sonra cavanlar dözə bilmədi və polislərlə qarşıdurma yarandı».

-

Noyabrın 8-də Bakıda, Binə qəsəbəsi «Sovxoz ərazisi» adlanan yaşayış massivində 1000-dək sakin etiraz aksiyası keçirib.

Etirazçıların AzadlıqRadiosuna bildirdiyinə görə, aksiyaya səbəb yağan yağışdan sonra massivə gələn yolların keçilməz həddə çatmasıdır.

POLİSLƏRLƏ QARŞIDURMA

Etirazçılardan Roman Məmmədov deyir ki, səhər saatlarında başlayan aksiya normal keçsə də, polislərin müdaxiləsindən sonra ara qarışıb:

«Yollar bərbad vəziyyətdədir deyə, yağışdan sonra marşrutlar bizim tərəfə gəlməkdən imtina edir. Hər gün məcbur qalıb 3-4 kilometr piyada gəlirik ki, marşrut dayanan yerə çataq. Bu gün səhər yığışdıq marşrutların qarşısını kəsdik, icra nümayəndəsini tələb etdik ki, bu işə əncam çəksinlər. Dərhal polislər tökülüşdü. Hər şey normal davam edirdi. Polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başladı. Bundan sonra cavanlar dözə bilmədi və polislərlə qarşıdurma yarandı. Qarşılarına keçəni - qadın, kişi bilmədən döyüb, palçıqda sürüyürdülər».

«İNDİYƏDƏK BELƏ QƏDDARLIQ GÖRMƏMİŞDİK...»

Roman Məmmədov deyir ki, aksiyaçıların dağılışmadığını görən polis hadisə yerinə əlavə qüvvələr göndərib:

«200-ə yaxın polis gəldi. Başladılar döyüb, həbs etməyə. Ən çox hadisəni telefonla çəkənləri döyür, sonra telefonların əllərindən alıb qırırdılar. 30-dək şəxs həbs olunub. Bir yaşlı qadını necə vurdularsa, yıxılıb suyun içərisində qaldı. Sonra maşına basıb apardılar. İndiyə kimi bu cür qəddarlıq görməmişdik. Biz bəyəm nə istəyirik? Bu qəddarlıq nəyə lazımdır? Hamı qorxusundan dağılışdı. Tutulanları Xəzər rayon Polis Şöbəsinə aparıblar. Hələlik heç bir xəbər yoxdur. Maraqlanan olmasa, sabah aksiyanı davam etdirəcəyik».

Binə qəsəbəsi sahə müvəkkili Behbudov AzadlıqRadiosuna aksiya ilə bağlı danışmaq istəmədiyini bildirdi:

«Siz haradan bildiniz ki, bu işlə mən məşğul oluram? Heç nə danışa bilmərəm».

Xəzər rayon Polis İdarəsi və Xəzər rayon İcra Hakimiyyətindən də suallarımızı cavabsız qoydular. Noyabrın 9-da Daxili işlər nazirliyi bəyanat yayaraq yerli sakinləri Binə-Hövsan yolunu bağlamaqda ittiham edir, baş verənlərlə bağlı cinayət işinin qaldırıldığını bildirir. 11 nəfərin saxlanıldığını təsdiq edib.

GÜNÜN SONUNDA MÜXBİRİMİZ NƏYİN ŞAHİDİ OLDU?

AzadlıqRadiosunun videomüxbiri günün sonunda Binəyə gedəndə, küçələrə buldozerlə çınqıl töküldüyünün şahidi oldu.

Yerli sakinlərdən biri gileyləndi ki, prezident Binədə məktəbin açılışına gələndə məktəbə qədər yeni yol çəkdilər, yolun sovxoza aparan hissəsinə isə asfalt salmağı lazım bilmədilər. Onun sözlərinə görə, rəsmilər prezidenti aldadaraq ölkədə abadlıq görüntüsü yaradırlar.

Sakinlərdən bir başqasının fikrincə isə, qəsəbədə kanalizasiya olmadığından çəkilən yollar yağış suları ilə

XS
SM
MD
LG