#MM «Elm sahəsində əmək haqları artırılmalı, tələbələrə kredit verilməlidir» http://t.co/JI0RS4cCfz http://t.co/A6RXyEe4PU
— AzadliqRadiosu (@RadioAzadliq) 20.11.2014
«Kredit faizlərinin azalması üçün danışıqlar aparılır»
Mərkəzi Bankın sədri Elman Rüstəmov millət vəkillərinin banklardakı faiz dərəcələri ilə bağlı çıxışlarına münasibət bildirib. Azərbaycanda 2014-cü il üzrə ortalama faiz dərəcələrinin 14,3 faiz olduğunu deyib:
«Burada özəlliklə, istehlak kreditlərindən danışıldı. Bildirmək istəyirəm ki, iki cür – təminatlı və təminatsız istehlak kreditləri var. Təminatlı istehlak kreditləri 18 faiz, təminatsız istehlak kreditləri 35 faizdir. Avtomobil kreditləri 14-18 faiz, bankların verdiyi ipoteka kreditləri 9-10 faiz, dövlətin verdiyi ipotekalar 4-8 faizdir. Mən bankları müdafiə etmək fikrində deyiləm. Amma bir məsələyə də diqqət yetirmək istəyirəm. 2014-cü ildə Azərbaycan bankları əmanət faizlərinə görə, əhaliyə yarım milyard manat ödəməlidir. Əhalinin 2014-cü ildə banklara borcu 300-400 milyon manatdır. Yəni, demək istəyirəm ki, Azərbaycanda bankların əmanət faizləri də digər ölkələrlə müqayisədə daha yüksəkdir».
Elman Rüstəmov çıxışının sonunda millət vəkillərinə obyektiv təndiqlərinə görə təşəkkür edib. Təndiqlər problemlərin həllini sürətləndirir. Mərkəzi Bank sədri maliyyə naziri ilə birgə gələn ildən bank kredit faizlərinin azalması üçün danışıqlar aparıldığını bildirib. Özəlliklə, biznes kredit faizlərinin bir rəqəmli olması üçün danışıqlar aparılır.
#MM «Həm xaricə tələbə göndərəcəyik, həm də xaricdən professor müəllim dəvət edəcəyik» http://t.co/fJBbgTcmlT http://t.co/V04FvhwSAf
— AzadliqRadiosu (@RadioAzadliq) 20.11.2014
«Özlərini Azərbaycanda ağsaqqal kimi aparmasınlar»
Parlament ATƏT-in Bakı ofisinin statusu ilə bağlı memorandumu qəbul edib.
Siyavuş Novruzov bu memoranduma səs verəcəyini bildirib, amma əlavə edib ki, gərək ATƏT də öz mandatına uyğun fəaliyyət göstərsin:
«Özlərini Azərbaycanda ağsaqqal kimi aparmasınlar. Amerikada, digər ölkələrdə necə, Azərbaycanda da elə işləsinlər».
Oqtay Əsədov deyib ki, elə öz mandatlarına uyğun işləsinlər deyə, onların statusu layihə koordinatoru səviyyəsinə enib:
«Sizin dediyiniz məsələlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna aiddir. Açıq şəkildə deməliyik ki, seçkilər zamanı ATƏT-in bu qurumu təşkilatı saymır. Amma biz təşkilatların fəaliyyətini müzakirə etsək, gərək gedib BMT-yə çıxaq. Bütün qurumların kökündə BMT dayanır. Bizim özümüzü təcrid etməyə nə ehtiyac var? Bu təşkilat varsa, layihə səviyyəsində Azərbaycanda fəaliyyət göstərməlidir».
2014-cü ilin yanvarın 1-dən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.
Bu barədə qərar Azərbaycan hakimiyyətinin təkidi ilə 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.
ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən fəaliyyət göstərir.