Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:39

Əbülfəz Qarayev Astarada tarixi ləmlərin bərpa olunacağını dedi...


Əbülfəz Qarayev, Astara
Əbülfəz Qarayev, Astara

-

Gözlə

No media source currently available

0:00 0:04:10 0:00
Direct-ə keçid

Noyabrın 19-da Astarada Heydər Əliyev mərkəzinin yanında bir qrup əlil toplaşmışdı. Öyrəndik ki, onlar Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin qəbuluna gəliblər. Lakin nazirin qəbulunda onları görmədik. Əlillərə demişdilər ki, nazir təkcə mədəniyyət və turizm sahələri ilə bağlı şikayətləri dinləyəcək. Digər şikayətlər isə müvafiq nazirliklərə edilməlidir.

Mərkəzin birinci mərtəbəsində keçirilən qəbulda ümumilikdə altı rayondan gələn 40-dan çox vətəndaşın müraciətinə baxıldı. Nazir səhər saat 11-dən vətəndaşları qəbul etməyə başladı. Bölgələrdə keçirilən bir sıra başqa görüşlərdən fərqli olaraq bu qəbulda jurnalistlərin işləmələrinə heç bir maneə yaradılmadı .

QƏBULA KİMLƏR GƏLMİŞDİ?

Astara şəhər sakini Sakitə Sakit Azərbaycan mədəniyyətinin məktəblərdə təbliğ edilməsini təklif etdi və şer kitabını nazirə bağışladı.

Rayonun digər sakini Fərbiyə Şabanova da başçılıq etdiyi yerli folklor ansanbılının yubleyinin keçirilməsi təklifini verdi. Sabiq mədəniyyət işçisi Rəsul Əliyev isə nazirə işsiz qaldığını bildirdi. O qeyd elədi ki, uzun müddət bu sahədə çalışıb. Sonra təqaüdə çıxsa da müqavilə əsasında işinə davam edib. Lakin bu il onunla müqavilə bağlamayıblar, onu işsiz qoyublar. Nazir bu məsələ ilə məşğul olacaqlarını bildirdi.

Qəbula gələnlərdən maddi yardım umanlar da var idi.

Cəlilabad rayonundan gələn muzey işçisi Mülayim Cəfərov isə deyir ki, o işlə bağlı təklif verib:

“Cəlilabad ərazisində tapılan tarixi tapıntılar var. Mərkəzləşdirilmiş sistem bunu aparır. Bizim də tarix diyarşünaslıq muzeyimiz var.

Tapıntılar mərkəzə getsə də bizə qaytarılmalıdır.”

KİTAB SÖHBƏTI...

Əbülfəz Qarayev Astarada vətəndaşlarla görüşüb
Əbülfəz Qarayev Astarada vətəndaşlarla görüşüb

Yardımlı rayonundan gələn Dərgah Mirzəyev isə kitabxanalarda kitab qıtlığını nazirin diqqətinə çatdırıb:

“Bizim problemimiz kitabxanalarda kitabların azalmasıdır. İndi bizə dövlət tərəfindən hədiyyə yolu ilə və prezidentimizin sərəncamı ilə çap olunmuş ədəbiyyatlar göndərilir. Kiril əlifbası ilə olan ədəbiyyatlar silinir. Latın qrafikası olan ədəbiyyatlar daxil olur. Bu da fondların azalmasına gətirib çıxardır. Biz onu təklif etdi ki, mərkəzləşdirilmiş kitab bazası yaradılsın. Həmin baza tərəfindən bizə kitab göndərilsin.”

ƏBÜLFƏZ QARAYEV JURNALİSTLƏRƏ NƏ DEDİ?

Əbülfəz Qarayev qəbuldan sonra jurnalistlərin qarşısında çıxış edib belə görüşlərin əhəmiyyətindən danışdı:

“Mən hesab edirəm ki, bu gözəl bir təcrübədir. Yerlərdə gedən proseslər bir daha əyani olaraq bizə çatdırılır. Biz onları müzakirə elədik. Məsələləri yerindəcə həll elədik.”

Azadlıq Radiosu Astarada dağılmaqda olan tarixi ləmlər barəsində bir neçə dəfə məlumatlar yayıb. Təkcə Ərçivan kəndində 40-dən çox ləm olub. Hazırda yeddi ləm tarixi abidə kimi qeydə alınıb. Bu qəbulda nazirə verilən suallardan biri də dağılmaqda olan tarixi ləmlərin bərpa edilib- edilməyəcəyi idi. Nazir Əbülfəz Qarayevin sualmıza cavabı belə oldu:

TARİXİ LƏMLƏRİN BİR NEÇƏSİ BƏRPA OLUNACAQ...

“Bu günləri bir-iki ləmin vəziyyəti ilə bağlı məlumatlar mənə də təqdim olunub. Şəkilləri ilə birgə. Biz ona yalnız Dövlət proqramı çərçivəsində baxacağıq və bu məsələnin proqrama daxil olmasına söz verirəm. Bu il, ya gələn olacağını deyə bilmərəm. Hər halda planlı şəkildə bir neçə ləmin bərpasına köməklik edəcəyik.”

Ancaq yerli mütəxəssislər düşünürlər ki, dövlət bu işdə geciksə bir neçə ildən sonra tarixi ləmlərdən əsər-əlamət qalmayacaq.

XS
SM
MD
LG