Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:18

Ukraynanın Poltava şəhəri müğənni Kobzonu fəxri vətəndaşlıqdan məhrum etdi


Ukraynanın Poltava şəhəri Rusiya müğənnisi İosif Kobzonu fəxri vətəndaşlıqdan məhrum etdi. Noyabrın 25-də şəhər şurasının verdiyi qərarda deyilir ki, Kobzonanti-Ukrayna mövqeyinə görə fəxri vətəndaş adından məhrum edilir. Bu ad ona 2002-ci ildə verilmişdi.

1937-ci ildə Ukraynada, Donetskdə anadan olmuş Kobzon Rusiya və Ukraynada çox populyardır.

Sentyabrda Dnepropetrovsk şəhəri Kobzonu fəxri vətəndaşlıqdan məhrum etdi.

Kobzon Dövlət Dumasının deputatıdır. O, Krımın anneksiyasını, Ukraynanın şərqində rusiyapərəst separatçıları dəstəkləyir.

Ukraynanın təhlükəsizlik xidməti Kobzonu ölkəyə gəlməsi qadağan olunan adamlar siyahısına salıb.

XS
SM
MD
LG