Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:57

Vasif Talıbov xiyar yetişdirənləri təbrik edib


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

-

«Şərq qapısı» 4.12.2014

«Naxçıvan bağları» tərəvəz məhsulları istixana kompleksi istifadəyə verilmişdir

...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov «Naxçıvan bağları» tərəvəz məhsulları istixana kompleksinin təşkilatçılarına təşəkkürünü bildirmiş, müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: «...Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq sahibkarlarla görüşməsi, bu sahə üzrə yeni vəzifələrin müəyyənləşdirilməsi özəl bölmənin inkişafına təkan vermişdir. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir».

...Kompleks tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilmişdir. Burada damcı və çiləmə suvarma üsulundan istifadə edilir. Şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsilə həyata keçirilir ki, bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir.

İlkin mərhələdə kompleksdə 21 min xiyar, 105 min pomidor və 18 min çiyələk şitili əkilmişdir.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN

...Azərbaycanın dövlətçilik ənənələrinin əsasının Naxçıvanda qoyulduğunu qeyd edən məruzəçi vurğulayıb ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ölkəmizin ən yeni tarixində misilsiz bir mərhələnin başlanğıcını qoyub. Bu qayıdış müstəqilliyimizin qorunmasına, torpaqlarımızın işğalına son verilməsinə, ölkədə əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunmasına zəmin yaradıb. Tarix üçün çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi, mədəni gücü ilə dünya dövlətləri sırasında layiqli yerini tutub. Məhz 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti ölkəmizi əsl tərəqqi yoluna çıxarıb, muxtar respublikamızı isə bu tərəqqinin önündə gedən regionlardan birinə çevirib.

Sonda «Heydər Əliyev və Naxçıvan» adlı film nümayiş etdirilib.

XS
SM
MD
LG