Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Pulu olana vətəndaşlıq verən 7 ölkə


Malta
Malta

Washington Post qəzeti “Pulun varsa, vətəndaşı ola biləcəyin və ya yaşayış icazəsi ala biləcəyin 7 ölkə” adında yazı dərc edib. Hərçənd belə proqram ABŞ, Avstraliya, Belçika, Sinqapur, Britaniya, Portuqaliya və başqa ölkələrdə də var, ancaq məqalədə tamam başqa 7 ölkədən söz açılır.

MACARISTAN

2012-ci ildə Macarıstan immiqrasiya haqda qanununa əlavə etdi. Həmin əlavəyə görə, Macarıstanın xüsusi hökumət bondlarını, yəni qiymətli kağızlarını, istiqrazlarınıalan xariciyə vətəndaşlıq verilə bilər. Bunun üçün onun 322 min dollarlıq bond alması kifayətdir.

Başqa Avropa Birliyi ölkələrindən fərqli olaraq Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir.

MALTA

Aralıq Dənizində ada olan Malta özünün Avropa Birliyinə üzvlüyündən varlı investorları cəlb etmək üçün istifadə edir. Malta belə investorlara vətəndaşlıq verir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir.

Malta 2013-cü ildə bu qərarını elan edəndə vətəndaşlığın satış qiymətini 865 min dollar qoymuşdu, ancaq müxalifətin etiraz nümayişlərindən sonra hökumət qiyməti az qala iki dəfə qaldırıldı.

Həmin etirazlar qanunda məhdudiyyətlərə də gətirdi. Malta vətəndaşlığı almaq istəyən Maltada daimi yaşamalıdır və vətəndaşlıq ən çoxu 1800 adama veriləcək.

KİPR

Ən bahalı vətəndaşlıq Kiprdədir. Vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır.

Kiprin bu proqramı varlı rusiyalıları hədəf götürüb.

DOMİNİKAN RESPUBLİKASI

Dominikan Respublikasında vətəndşalıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müraciəti verənlərin ölkədə yaşaması tələb olunmur.

MÜQƏDDIƏS KİTS VƏ NEVİLS

Karib dənizində iki adadan ibarət olan bu ölkədə vətəndaşlıq almaq müraciəti cəmi 3 səhifədən ibarətdir.

Vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır və ya ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir.

ANTİQUA VƏ BARBUDA

Müqəddəsd Kits və Nevils adalarından şərqdə yerləşən Antiqua və Barbudadada oxşarproqramdır: ya gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən.

QRENADA

Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən Qrenadada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir.

XS
SM
MD
LG