Daha bir qurum Xədicə İsmayılın müdafiəsinə qoşulur
Dekabrın 12-dən araşdırmaçı-jurnalist Xədicə İsmayılın müdafiəsinə Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi də qoşulacaq.
Bu haqda komitənin üzvü Şahvələd Çobanoğluməlumat verib:
«Tanınmış jurnalist Xədicə İsmayıl jurnalist fəaliyyətinə və ictimai mövqeyinə, İlham Əliyevin və digər yüksəkvəzifəli məmurların gizli biznesi və korrupsiya əməlləri haqda araşdırmalarına görə qisas alınmaq üçün şərlənib. Ona qarşı saxta ittiham irəli sürülsə də, həbsi birmənalı olaraq siyasi motiv daşıdığından onun ictimai müdafiəsi digər siyasi məhbusların hüquqlarını müdafiə edən komitənin çərçivəsində aparılacaq». Ətraflı burada
Vəkili Xədicə İsmayılla görüşüb
Dekabrın 12-də vəkil Yalçın İmanov həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüb.
Bu haqda AzadlıqRadiosuna vəkilin özü məlumat verib.
Yalçın İmanovun dediyinə görə, Xədicə İsmayıl saxlanma şəraitindən narazı deyil:
«Yüksək əhval-ruhiyyədədir. Hər kəsə salamları var. Dedi ki, məndən narahat olmasınlar. Onun müdafiəsində iştirak edən bütün dostlara təşəkkürünü çatdırmağımı istədi».
Yalçın İmanov deyir ki, görüş normal keçsə də, görüşdən öncə və sonra təcridxanada bir sıra problemlə üzləşib:
«Siyasi məsələlər ilə bağlı həbs olunan şəxslərin vəkillərinin üzərində əsassız yoxlamalar aparırlar. Həm təcridxanaya girəndə, həm də çıxanda. Mənim də üzərimdə axtarış aparıb, bütün qeydlərə baxmaq istəsələr də, bundan imtina etdim. Əsassız yoxlamaya görə aramızda mübahisə yarandı».
Azərbaycanı "sultanlıq" adlandıran WP Ramiz Mehdiyevin Putindən "köçürdüyünü" yazır
“ABŞ Əliyevə xatırlatmalıdır ki, bu amansız ambisiya uğurlu olmayacaq və ancaq ölkəyə ziyan vuracaq”. - Bunu “Washington Post” Azərbaycandakı siyasi həbslərlə bağlı məqaləsində yazır. Yazıda Xədicə İsmayılın korrupsiya ilə bağlı araşdırmalarından və onun bu fəaliyyətinin həbslə nəticələnməsindən də söz açılır. Redaktorlar qrupunun adından dərc olan məqalədə Azərbaycandakı quruluş “Sultanlıq” adlandırılır. Xədicə İsmayılla yanaşı prezident aparatının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir. Müəlliflər qeyd edirlə ki, onun son manifesti Putinin çıxışlarının təkrarıdır. Ətraflı burada oxu
Azərbaycanda siyasi məhbus Rusiyadan, Belarusdan 2 dəfə çoxdur
"Vəziyyət xeyli pisləşib. Siyasi məhbusların dəqiq sayı ətrafında mübahisələr var, amma 100-dən artıq olduğunu inamla demək mümkündür. Bu rəqəm Belarusda və Rusiyada olduğundan 2 dəfə artıqdır. Lakin insan haqlarını pozduğuna görə Lukashenka və Putin rejiminə qarşı sanskiyalar yeritdiyimiz halda, Əliyev rejimi ilə necə davranmaq haqda heç bir təsəvvürümüz yoxdur". - Bunu Freedom House təşkilatının rəhbəri David Kramer deyir. Onun fikrincə, bəyanatlar Əliyev hakimiyyətinə təsir etmir ətraflı burada oxu