Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:57

İmişlidə adları daimi siyahıda olmayan hərbiçilər səs verir...


İmişli. Bələdiyyə seçkiləri 2014
İmişli. Bələdiyyə seçkiləri 2014

-

İmişli rayonunun Göbəktala kəndində yerləşən 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə başlanarkən komisiya üzvlərindən hələ 4-ü vəzifələrinin icrasına başlamamışdı.

BİR SEÇİCİYƏ DƏN ARTIQ BULLETEN...

Rayonun Şahverdili kəndində yerləşən, 80 saylı dairənin 8 saylı məntəqəsində fəallıq zəif olduğuna görə komissiya üzvləri tək-tək gözə dəyən seçicilərə iki və daha artıq bülleten verirdi.

Həmin məntəqədəki səsvermə kabinələrinin üzərində YAP sədrinin iri şəkli asılmışdı.

SİYAHIDAN KƏNAR 40 ƏSGƏR...

Səhər saatlarında İmişli şəhərindəki 1 saylı məktəb-liseydə qalmaqal yaşandı. İmişli bələdiyyəsi üzvlüyünə namizəd Süleyman İsayev adları seçici siyahısında olmayan təxminən 40 nəfər əsgərin 79 saylı İmişli seçki dairəsinin 2 saylı məntəqəsində səs verməyini qanunsuz hesab edirdi.

İmişli,seçki məntəqəsi
İmişli,seçki məntəqəsi

Bəhrəmtəpə qəsəbəsində yerləşən, 80 saylı dairənin 1 saylı məntəqəsində də hərbi qulluqçular hesabına az müddətdə seçici fəallığı yaranmışdı. Maraqlıdır ki, səsvermədə iştirak edən əsgərlər bələdiyyə üzvlüyünə namizədləri tanımadıqlarını bildirdilər.

İmişlinin Qaragüvəndikli kəndində yerləşən, 80 saylı dairənin 5 saylı məntəqəsində isə vəziyyətə yerli məmurlar nəzarət edir, gələn hər bir seçicini qarşılayaraq onları təlimatlandırırdılar. Artıq saat 11.45-də məntəqə üzrə səs verən seçicilərin sayı 204-ə çatmışdı.

“ONSUZ DA BU VAXT MƏNTƏQƏYƏ GƏLƏN OLMUR”

Saat 13.12-də rayonun Məzrəli kəndindəki “mədəniyyət evi”ndə təşkil edilmiş 79 saylı İmişli seçki dairəsinin 33 saylı məntəqəsinin qapılarını bağlı gördük. Komissiya sədri Teyyub Ərzullayev bildirdi ki, bütün üzvləri eyni vaxtda nahara göndərib:

“Onsuz da bu vaxt məntəqəyə gələn olmur.”

SƏDR DEYİR Kİ..

Baş verənlərə münasibət öyrənmək üçün 79 saylı İmişli Seçki Darəsi üzrə DSK sədri Sabit Yaqubovla əlaqə saxladıq. Sədir dedi ki, N saylı hərbi hissədən siyahı gec təqdim edildiyi üçün həmin hərbi qulluqçuların adları dami siyahıya salınmayıb. Sabit Yaqubovun sözlərinə görə, sözü gedən hərbiçilərin adları əlavə siyahıya salınıb.Komisiya sədri həmçinin qeyd etdi ki, onların dairəsində seçki tam şəffaf şəraitdə keçirilir.

XS
SM
MD
LG